Türkiyənin yeni prezidenti kim olacaq? –
2023-cü ildə dünyanın bir çox ölkəsində seçkilər keçiriləcək, amma ən mühümü Türkiyədə olacaq.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “Blumberq” agentliyinin təhlilində bildirilib.

Agentlik Türkiyədəki seçkilər nəticəsində ABŞ və Rusiya başda olmaqla dünyanın bir çox ölkəsindəki hesabların yenidən formalaşdırılacağını iddia edib.

Təhlildə Türkiyənin dünyaya təsir edən bir çox mövzuda önə çıxmasının səbəbi olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın səy və nailiyyətlərinin önəmindən bəhs edilib:

“Ankaranın qlobal məsələlərə təsiri Ərdoğanın hakimiyyətdə olduğu müddətdə əldə etdiyi nailiyyətlərin sübutudur”.

Agentlik Türkiyənin həm ABŞ və Avropa Birliyi ilə əlaqələrinə, həm də Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə toxunub.

Bundan başqa, vurğulanıb ki, seçkilərə qısa müddət qalmış açıqlanan sorğuların nəticələri Prezident Ərdoğanın bütün rəqiblərini qabaqlaya biləcəyini göstərir.

Xüsusilə ilin ilk rübündə iqtisadiyyatda gözlənilən yaxşılaşma, Türkiyəyə daxil olan xarici sərmayələr və enerji mərkəzi olma yolunda atılan inamlı addımların təsiri ilə Ərdoğanın prezident seçkilərində qalib gələcəyi və bütün rəqiblərini geridə qoyacağı bildirilib.

Təhlilin son cümləsində Türkiyədəki seçkilərin təkcə bu coğrafiyaya deyil, demək olar ki, bütün dünyaya təsir etdiyi vurğulanıb:

“Qərb liderləri türklər səs verənə qədər gərgin qalacaqlar”.
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Azərbaycanla Çin arasında mühüm sənədlər imzalandı
23 Aprel 2025 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu
23 Aprel 2025 Şahbaz Şərif Türkiyədə - Ərdoğanla görüşdü
23 Aprel 2025 Kaya Kallas Azərbaycana səfər edəcək
23 Aprel 2025 Bakının “düşməni” bu dəfə İsraili qəzəbləndirdi – Milyonlarla müsəlmana görə…
22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso

Dünyapress TV

Xəbər lenti