İranın Maku şəhərində İran və Türkiyə nümayəndə heyətlərinin görüşü baş tutub. Bu barədə “Anadolu” agentliyi xəbər verir. Danışıqların əsas mövzusu sərhəd təhlükəsizliyi və ticarət məsələləri olub. Türkiyə nümayəndə heyətinə İğdır valisi Hüseyn Engin Sarıibrahim başçılıq edib.
O, çıxışı zamanı qeyd edib ki, Türkiyə ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən mədəni, sosial və ticarət sahələrində inkişaf edəcəyini gözləyir. Danışıqların nəticəsi olaraq müvafiq protokol hazırlanıb.