ƏRDOĞAN MEYDAN OXUDU... -
“Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmamışam”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, Bayden və Putin artıq bilirlər ki, Türkiyə bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilər: "Həmişə deyirik ki, bir gecə qəfildən gələ bilərik. Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq. ABŞ bu məsələlərdə bizi tanımalıdır və yəqin tanıyır. Bu yöndə necə qətiyyətlə və daha mühüm addımlar atacağımızı hami görəcək”.

Ərdoğan ABŞ-ın terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə saldığını bildirib: “Biz NATO-da ABŞ ilə bir yerdəyik, amma Amerika minlərlə avadanlığı, silah-sursatı Suriyada yerləşən terror zonasına göndərib. Bu haqda özlərinə də bildirmişəm. Onlara dedim ki, NATO-da bir yerdəyik, iki mühüm müttəfiqiyik. Bizə cənubdan təhlükə gəldiyi vaxtda buradakı terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə salırsınız. Lazım gələrsə, onlara cavab verməli olacağıq. Belə məqamlarda nə lazımdırsa, etmişik, edirik və edəcəyik. Biz bu cür məsələlərdə heç vaxt güzəştə gedə bilmərik, belə güzəştlər ölkəmiz üçün problemdir”.

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı
15 Noyabr 2024 Litva hökuməti istefa verib
15 Noyabr 2024 "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"

Dünyapress TV

Xəbər lenti