NATO Parlament Assambleyası (PA) Rusiyanı terroru himayə edən dövlət kimi tanıyıb.
Bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev özünün sosial media hesabında məlumat yayıb.
Ukrayna rəsmisinin sözlərinə görə, rus cinayətkarlarının cəzalandırılması üçün xüsusi beynəlxalq tribunalın yaradılması tələb edilib.
"Alyansın 30 ölkəsinin hər biri heyətimizin təkliflərini dəstəkləyib. Qətnamə NATO-ya üzv olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək", - deyə Çernev bildirib.