Ərdoğan bu gün Azərbaycana gəlir: Əliyevlə birlikdə Zəngilanın işğaldan azad edildiyi gündə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edəcəklər; Səfər sərhədimizdə hərbi təlimlər keçirən və Bakıya qarşı müxtəlif kanallarla təhdid irəli sürən İrana Ankara və Bakının birlik mesajının verilməsi baxımından da yerinə düşür. Ötən ilin oktyabr ayında da İran Araz boyu ərazilərdə hərbi təlimlərlə “güc nümayişi” sərgiləmişdi və həmin ərəfədə Ərdoğan Füzuli Hava Limanını açılışı məqsədilə işğaldan azad edilən ərazilərə gəlmişdi. Bir il sonra yenə eyni ssenari təkrarlanır: Türkiyənin Azərbaycanda, ümumiyyətlə bölgədə olmasına qarşı çıxan Tehran hərbi təlimlərlə nələrisə nümayiş etdirməyə çalışır və öz hərbçilərinə bir-iki güllə atıb gedirlər. Əliyevlə Ərdoğanın Arazın sahilində verəcəkləri mesajlar da maraqlı olacaq. Asif Nəqimanlı Teref.az