Uzun müddətdir İran ermənipərəst mövqeyi ilə Azərbaycan ictimaiyyətinin narazıçılığını artırmaqda davam edir.
Torpaqlarımızın 30 illik işğalı dövründən indiyədək sadəcə növbətçi bəyanatlarla kifayətlənən cənub qonşumuz ikibaşlı siyasət yürüdərək ermənilərin könlünü xoş etməyə çalışır.
İran hakimiyyətinin “Ermənistan ərazi bütövlüyü qırmızı xəttimizdir” ifadəsi onların mahiyyətindən xəbər verir.
Regionda Azərbaycanın güclənməsindən narahat olan İran, işğal dövründə rahatlıqla silah və narkotik ticarəti ilə məşğul olduğu ərazilərimizin əllərindən çıxmasını istəmir.