Brüssel görüşü erməniləri parçaladı:
Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə Qarabağ məsələsinin və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin gündəmə gətirilməməsi İrəvanda şok effekti yaradıb.

TEREF.AZ yazır ki, ovqat.com-un məlumatına görə, erməni politoloq Hrant Melik-Şahnazaryan dünən paylaşdığı Facebook statusunda bunu “Azərbaycanın rəsmi mövqeyinin artıq rəsmi Yerevan tərəfindən qəbul edilməsi” kimi dəyərləndirib.

“Bu, “Artsax”ın və erməni xalqının maraqlarını düşmən ölkənin hazırladığı gündəliyə tabe etdirməkdən başqa bir şey deyil”, - yazan erməni analitikin fikrincə, “Paşinyan hökuməti Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsini Dağlıq Qarabağ problemindən ayırır. Bu yanaşma Bakıda formalaşıb və belə çıxır ki, bunu rəsmi İrəvan da qəbul edib”, - politoloq statusunda yazıb.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_2.png
Brüsseldə keçirilən Mişel-Paşinyan-Əliyev görüşü ilə bağlı rəsmi məlumatları misal göstərən Melik-Nazaryan bildirib ki, Ermənistan hökuməti heç vaxt indiki kimi qədər anti-erməni olmayıb: “Hakimiyyət Azərbaycanla sülh müqaviləsi üzrə substantiv danışıqlara başlayır (Bakının növbəti tələbi). Bundan nə çıxacağı da, əminəm ki, aydındır: xalqımız sülh əvəzinə yeni zərbələr, yeni itkilər əldə edəcək. Qatar ora doğru gedir”.

Erməni parlamentində təmsil olunan “Ermənistan” bloku da hadisələrin inkişafından xeyli narahatdır. Blokun nümayəndəsi deputat Andranik Tevanyan mətbuata verdiyi açıqlamasında qeyd edib ki, İrəvanın təhlükəsizlik sahəsində maraqlarının müdafiəsi dəhlizi getdikcə daralır və bu vəziyyətdən yalnız hakimiyyət dəyişikliyi ilə çıxmaq mümkündür. Onun fikrincə, hakimiyyət dəyişikliyi nəticəsində məğlubiyyət simvoluna çevrilən Paşinyanı yeni lider əvəz edə və bu da danışıqlarda İrəvanın əlini gücləndirə bilər.

“Çox az şey dəyişdirilə bilər; qondarma anklavlar və Zəngəzur dəhlizi, Ermənistanın sərhədləri məsələlərində dəyişikliklərə nail olmaq, delimitasiya və demarkasiya nəticəsində yeni itkilərin qarşısını almaq, Qarabağ məsələsini gündəmə gətirmək və Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun müzakirə predmetinə çevrilməsini təmin etmək mümkündür”, - erməni deputat Paşinyan hakimiyyətinin devrilməsindən sonra İrəvanın qazana biləcəyi şansları bu cür sıralayıb.

Andranik Tevanyan bu fikirləri səsləndirərkən, Rusiyaya bel bağladığını da gizlətməyib: “Əgər biz Rusiya ilə inamlı münasibətləri bərpa etsək, o zaman KTMT mexanizmlərini hərəkətə keçirə və 9 noyabr tarixli bədnam bəyanatın bəndlərinin təfərrüatı ilə işləməsinə nail ola bilərik. Ən əsası, ordunun islahatı və cəmiyyətdəki ab-havanın dəyişməsi də mümkündür”, - Tevanyan vurğulayıb.

Erməni analitik Razmik Akopcanyan isə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılıb, ruspərəstlərin yenidən vəzifə başına gətirilməsi ilə nələrinsə dəyişiləcəyinə inanmır. Onun fikrincə, dünyanın geosiyasi mənzərəsi dəyişilir və hazırda ermənilərin söykənəcəyi heç bir havadarı qalmayıb:

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Brüsselin sülhməramlı səylərini “psevdotəşəbbüs” adlandırıb. Buna baxmayaraq, həmin görüş baş tutdu. Ermənistan üçün o qədər sərfəli olmasa da, belə formatdan imtina etmək mümkünmü, mümkün deyilmi, bu, ayrı müzakirənin mövzusudur. Amma aydındır ki, rayonumuzda artıq yeni vəziyyət yaranıb. Hansı ki, bu yeni situasiyada Ermənistanın arxalanacağı heç kim yoxdur. Azərbaycan və Türkiyə ABŞ və Fransanın mövqeyindən asılı olmayaraq öz gündəmlərini açıq şəkildə irəli sürürlər ki, bu da onlar üçün faydalıdır. Rusiya və İran, 44 günlük müharibədən və onun bitməsindən sonra keçən iki ildə göründüyü kimi, Bakı və Ankaranın birgə planlarına heç bir şəkildə mane ola bilmədi. Eyni zamanda, Azərbaycan neft və qaz satışı hesabına Aİ-də mövqelərini də möhkəmləndirir”.

Maraqlıdır ki, erməni analitik İran dini lideri ayətullah Xamaneinin təbirləri ilə desək, “minillik qardaş”ları və strateji müttəfiqləri olan Tehrana güvənməyi də mənasız ümid kimi görür. Analitikin fikrincə, İran Ermənistanı hər an beş quruşa satacaq qədər etibarsızdır. Necə ki, özünün ən yaxın müttəfiqi Rusiyanın indiki ağır durumundan faydalanıb öz cibini doldurmağın yollarını axtarır: “İran Qərb tərəfindən imtina olunan Rusiya enerji daşıyıcılarının müqabilində Avropanı öz nefti ilə təchiz etməyə hazırlaşır. Moskvanın yeni dostu 100 milyon barel neft toplayıb ki, bu da hər an Qərbə gedə bilər. Goldman Sachs-a görə, Rusiya embarqosu İrana Avropa bazarında gündəlik 1,25 milyon barel neft ixtacı imkanı yaradacaq.

Tehranın hazırkı neft ehtiyatları Rusiyaya qarşı embarqonun yaratdığı bu açığın bağlanması üçün 2,5 aya kifayət edəcək. Ümumilikdə, İrana qarşı embarqonun aradan qaldırılmasından sonra Tehran sutkada 3 milyon barel neft ixrac etməyi planlaşdırır. Eyni zamanda, İran neft hasilatını sutkada 2,5 milyon bareldən 3,8 milyon barrelə yüksələ bilər… Rusiyanın təcrid olunması əvvəllər oxşar vəziyyətdə olan ölkələrin əlinə fürsət keçirdi, özəlliklə də "xüsusi əməliyyat" sayəsində onların bəxtinə “şanslı lotererya” düşdü”.

Razmik Akopcanyanın qənaətlərinə görə, İran neftinə tətbiq edilən embarqonun aradan qaldırılması Rusiya diplomatiyasının və xarici siyasət strategiyasının əsl fiaskosu olacaq. Erməni analitikin fikirlərindən belə anlaşılır ki, İrəvanın ən yaxın iki müttəfiqinin arasında yaşanan bu amansız rəqabət erməniləri də effektli xarici müdafiədən məhrum edir.

Üstəlik, analitikin fikrincə, Rusiya da hazırda Türkiyə-Azərbaycan tandeminin hərəkətlərinə cavab vermək iqtidarında deyil, İran isə Rusiyanı zəiflədərək Qərblə sövdələşməyə hazırlaşır: “Və bu şəraitdə bizim həqiqətən, arxalanacağımız heç kimimiz yoxdur. Bəli, indiki hakimiyyəti tənqid etmək olar və lazımdır. Amma siz həm də yeni dünya reallıqlarını başa düşməlisiniz. Bu reallıqları yaradan Nikol Paşinyan deyil”.
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 Prezidentin COP29 dərsi - Baydenin təbriki, iflas olan dairələr...
26 Noyabr 2024 Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi
25 Noyabr 2024 The Guardian: "Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır"
24 Noyabr 2024 Hikmət Hacıyev Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb
24 Noyabr 2024 "Ermənistanla münasibətlərimiz çoxsaylı çətinliklərlə üzləşir" - Rusiya səfiri
24 Noyabr 2024 Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi

Dünyapress TV

Xəbər lenti