Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, bu proses bir neçə il çəkəcək. Rusiyanın isə bu sahədə güclənməyə dair bütün əlamətləri var.
Avropa Ukraynanı dəstəklədiyinə görə axmaq vəziyyətdə qalıb.
Bu barədə "Responsible Statecraft" yazıb.
"Ən yaxşı halda, hazırkı Avropa kursu Aİ-ni təcrid olunmuş və böyük ölçüdə axmaq kimi göstərə bilər. Ən pis halda, bu, Ukraynanı sarsıdıcı məğlubiyyətə hazırlamağa kömək edər" - materialın müəllifi Anatol Liven qeyd edib.
O xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb və Fransanın Kiyevə dəstəyinin "hüdudu olmadığını" bəyan edib.
Müəllif onu da diqqətə çatdırıb ki, Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, endikləri səviyyəni nəzərə alsaq, bu proses bir neçə il çəkəcək. Eyni zamanda, Rusiyanın bu sahədə güclənməsinə dair bütün əlamətlər var.
Bundan əlavə, Liven Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişdirilməsinin mümkünlüyünə işarə edir. Müəllifin vurğuladığı kimi, "Alman və digər Avropa elitalarının nümayəndələri bu ssenarini "ağılsız" hesab edir və bundan o qədər qorxurdular ki, bu barədə düşünmək istəmirdilər.
Eyni zamanda, ictimai rəy sorğuları münaqişənin davam etdirilməsinə Avropanın dəstəyinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Bundan əvvəl Avropa Parlamentinin üzvü Tyerri Mariani Ukraynaya göstərilən yardımın Aİ üçün fəlakətli maliyyə xərclərini proqnozlaşdırmışdı.