Blinkendən Çinə XƏBƏRDARLIQYaradılıb 28.07.2024 09:59 | Baxış sayı: 291ABŞ Dövlət katibi Entoni Blinken Laosda Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.Bu barədə Dövlət Departamenti məlumat yayıb.Qeyd olunub ki, Blinkenlə Yi ikitərəfli, regional və qlobal məsələlər üzrə müzakirələr aparıblar.Həmçinin məlumatda bildirilib ki, Blinken Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəkdən ciddi narahatlığını çatdırıb:"Çin Avropa təhlükəsizliyinə qarşı bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməsə, ABŞ bunun üçün müvafiq tədbirlər görməyə davam edəcək". Facebook-da paylaş