"Birləşmiş Ştatlar və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnaməsinə əməl etmək üçün İsrailə təzyiq göstərməlidir".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra bildirib.
Ərdoğan ümid edir ki, İsrail Qəzzaya hücumlarından əl çəkəcək və bölgədə davamlı sülhü təmin edəcək razılaşma əldə edəcək. O, Türkiyənin qətnamənin icrasını yaxından izləyəcəyini vurğulayıb.
Xatırladaq ki, iyunun 13-də səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatı ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifinə müsbət cavab verdiyini bildirib.
İyunun 12-də ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqtonun atəşkəs təklifinə Həmas-ın cavabında düzəlişlər var.