İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib. Bu barədə siyasətçi sosial şəbəkədə yazıb. “Namizədlikdən geri çəkildiyimi bəyan edirəm”, – İslam Şurası Məclisinin sabiq üzvü bildirib. Eyni zamanda, İlahian seçkilərdə “inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka” çağırıb. Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.