Hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində deyil. Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. Agentliyin mənbəsinin sözlərinə görə, M.Möhbər tərəfdarlarının çağırışlarına baxmayaraq, namizədliyini irəli sürməməyə üstünlük verib. Onun qərarının səbəbləri açıqlanmayıb. Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyat bu gün başa çatır.