Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının nəticələrinə dair bəyanatda deyilir.
Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur.
Qeyd edək ki, mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası keçirilib.