Azərbaycan prezidenti İlham Əliyev Bakıda görüşduyu Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın “tək millət üç dövlət” ifadəsinə dəstək verib. Bu ifadənin çəkisi böyükdür, Kuzey Kıbrıs Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Keçmiş illərdə də iki dövlət arasında oxşar təşəbbüslər olub, ancaq rəsmi Bakı Qarabağdakı separatizmə görə Kıbrıs istiqamətində addımlar ata bilməyib. Azərbaycan separatizmdən qurtulduğuna görə Kıbrısla əməkdaşlığı genişləndirmək imkanına malikdir. Ersin Tatarın Azərbaycana iki günlük səfərinin gündəmin əsas mövzularından biri olmasıyla yanaşı İlham Əliyevlə görüşüb geniş fikir mübadiləsinin aparması da tarixi hadisədir. Əlbəttə, İlham Əliyevin ölkə kənarındakı müxtəlif tədbirlərdə Ersin Tatarla ayaqüstü söhbətləri olub, ancaq KKTC Cumhurbaşqanının Azərbaycana dəvət olunmasının əhəmiyyəti daha böyükdür. Bunun ardı gələcək. Ersin Tatar İlham Əliyevi Kuzey Kıbrısa dəvət edib. Azərbaycan prezidentinin Kuzey Kıbrısa gerçəkləşdirəcəyi səfər də tarixi hadisəyə çevriləcək. Elxan Şahinoğlu Teref.az