Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Fələstinin HƏMAS hərəkatının İsrailə hücumlarını kəskin şəkildə pisləyir.Bu açıqlama ilə NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt çıxış edib.“Biz HƏMAS-ın NATO-nun tərəfdaşı İsrailə qarşı bugünkü terror hücumlarını qətiyyətlə pisləyirik” - o qeyd edib.NATO nümayəndəsi əlavə edib ki, terrorizm azad cəmiyyətlər üçün əsas təhlükədir və İsrailin özünü müdafiə etmək hüququ var.