“Türkiyə mütləq sülh prosesində iştirak etməlidir” -
Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Baş naziri Olaf Şolzun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulub.

Lakin Fransa rəsmilərinin ermənipərəst bəyanatları, rəsmi Parisin Ermənistanı silahlandırmağa cəhd etməsi, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana qarşı ittihamları, o cümlədən Türkiyənin sülh formatında iştirak etməsinə imkan verilməməsi səbəbindən dövlət rəhbəri İlham Əliyev beştərəfli format çərçivəsində keçiriləcək görüşdə iştiraka lüzum görməyib. TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün və doğru qərar qəbul edib. Onun sözlərinə görə, bu günə qədər sülh prosesi ilə bağlı beştərəfli format çərçivəsində keçirilmiş görüşlər Azərbaycanın maraqlarına heç bir şəkildə cavab verməyib:

“Əslində beştərəfli formatın görüşlərində iştirak edən tərəflərin mövqelərinə baxanda görərik ki, bu, daha çox 4+1, yəni Ermənistan, onun havadarları və Azərbaycan formatına bənzəyir. Xüsusilə, Fransanın son dövrlərdə sərgilədəyi davranışlar və qeyri-obyektiv yanaşması, o cümlədən Ermənistanı silahlandırmağa cəhd etməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına ciddi əngəl yaradır. Fransa Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa yox, qarşıdurmaya sövq edir.

Paris bu addımlarla Azərbaycana mesajlar ötürür. Eyni zamanda, Almaniya da Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv mövqe sərgiləyir. BMT-nin Təhlükəsizlik Şurasının son iclasında Almaniya XİN rəhbərinin açıqlaması bunu sübut edir. Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin də eyni mövqedən çıxış etməsini diqqətdən qaçırmaq olmaz. Mişel dünənki çıxışında deyib ki, Rusiya Qarabağ ermənilərinə xəyanət edib. Onun sözündən belə çıxır ki, rus hərbiçiləri Azərbaycan əsgərlərini hədəfə almalı idi.

Bütün bunlar onu deməyə əsas verir ki, hər üç tərəfin Azərbaycanla bağlı mövqeyi üst-üstə düşür. Hər üç tərəf hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatçıları fəaliyyətini davam etdirməli idi, həmçinin onlar ermənilərin hüquqları və təhlükəsizliyinin təminatı adı altında ərazidə beynəlxalq missiyanın yerləşdirilməsinə çalışırdılar. Dövlət başçımızın qətiyyəti nəticəsində onların planları alt-üst olub. Onu da nəzərə almaq lazımdır ki, Qranadada görüşün keçiriləcəyi gün Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin müzakirəsi gözlənilir”.

R.Bayramov vurğulayıb ki, Azərbaycan haqlı olaraq Türkiyənin sülh görüşlərində iştirak etməsini istəyir:

“Birincisi, Avropa İttifaqı sülh prosesində tərəf kimi iştirak edirsə, üzv dövlətlərin ayrı-ayrılıqda tərəf kimi prosesdə iştirakına ehtiyac yoxdur. İkincisi, əgər Ermənistan üçün Fransa önəmlirsə, Azərbaycan üçün də Türkiyə o qədər vacibdir. Ən azından sülh danışıqları Azərbaycan-Ermənistan-Fransa-Türkiyə və ya Azərbaycan-Ermənistan-Türkiyə-Fransa-Almaniya formatı çərçivəsində keçirilə bilər. Beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini və maraqlarını müdafiə edən Türkiyə mütləq sülh prosesində iştirak etməlidir.

Çünki Türkiyə Cənubi Qafqaz regionundakı siyasi prosesləri Almaniya və Fransadan daha yaxşı bilir. Avropa İttifaqı, Fransa və Almaniyanın Türkiyənin bu prosesə qoşulmasına əngəl törətməsinin səbəbi Ankaranın Cənubi Qafqazda güc mərkəzinə çevrilməsindən irəli gələn narahatlıqdır. Almaniya və Fransadan fərqli olaraq Türkiyə Cənubi Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycanla daha güclü münasibətlərə malikdir. Türkiyə demək olar ki, Qərbin bütün siyasi oyunlarını pozmağı bacarır”.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...

Dünyapress TV

Xəbər lenti