Mərkəzi Asiya uğrunda mübarizə güclənib
Rusiya, Çin və ABŞ-ın Mərkəzi Asiyada rəqabəti genişlənib. Bir müddət əvvəl Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib. Xarici işlər nazirləri bu ay liderlərin görüşünü hazırlamaq məqsədilə bir araya gəliblər. “Mərkəzi Asiya – Çin” dövlət başçılarının birinci sammitində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunacaq. Çin və Mərkəzi Asiya dövlətləri ikitərəfli əməkdaşlığı genişləndirmək istəyirlər. Bundan başqa bu ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və “bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasıyla baglı fikir mübadiləsi aparacaqlar.
Çin tələsir. Pekin Mərkəzi Asiya uğrunda mübarizədə iki rəqibi – Rusiya və Amerika Birləşmiş Ştatlarını qabaqlamağa çalışır. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Mərkəzi Asiya istiqamətində tam gücüylə fəaliyyət göstərə bilmir. Bu Çinin maraqlarına cavab verir. Boşluğu Çinlə yanaşı ABŞ və Avropa İttifaqı doldurmağa çalışır. Pekin Vaşinqtonla Brüsselin uyğurlara verdiyi dəstəkdən də narahatdır.
Çin Mərkəzi Asiya ölkələrini “bir kəmər, bir yol” layihəsinə cəlb etməklə özünə yaxın tutmaq istəyir. Ancaq buna mane olan amillər var. Birincisi, ilk mərhələdə layihənin reallaşmasına pandemiya mane oldu. İkincisi, Rusiyanın Ukraynada başlatdığı müharibə də Pekinin layihəsinə zərər vurdu. Çünki Çindən Avropaya məhsullar dəmir yolları ilə Mərkəzi Asiya və Rusiya üzərindən daşınmalı idi. Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyinə görə məhsulların bu istiqamət üzərindən çatdırılması çətinləşib.
Buna baxmayaraq, Pekin əvvəlkitək Mərkəzi Asiyanı diqqət mərkəzində saxlamaq istəyir. Mərkəzi Asiyanın zənginlikləri Çin üçün vacibdir. Çinin Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar investisiyaları var. Çinin Mərkəzi Asiya ölkələrinə investisiyaları bu ilin başlanğıcı üçün 15 milyard dolara çatıb. Çinin Mərkəzi Asiya ölkələri ilə 2022-ci ildə ticarət mübadiləsi 70 milyard dolları keçib. Pekin ehtiyat edir ki, Mərkəzi Asiya qarışsa, Çinin investisiyaları təhlükə altında olacaq. Pekin bu baxımdan ABŞ-la yanaşı radikal islamçı qüvvələrin fəallaşmasından çəkinir. Bu qüvvələrin Mərkəzi Asiyada fəallaşması ehtimalı Çinə ciddi təhlükə yaradcaq. Çinin Əfqanıstanın Taliban rejimi ilə əməkdaşlığının məqsədlərindən biri də Əfqanıstan ərazisindən Mərkəzi Asiyaya islamçıların keçidinin qarşısının alınmasıdır.
Bu arada, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və digər Qərb ölkələrinin Mərkəzi Asiya üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Şoyqu Mərkəzi Asiya ölkələrinə ABŞ-a qarşı müqavimət göstərməsi vacibliyini bildirib. Bu Rusiyanın Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasıdır. Kreml Mərkəzi Asiya ölkələrinin xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirmək istəyir. Rusiya Qırğızıstan və Tacikistanda hərbi bazalarını gücləndirmək qərarını verib. Moskva da Pekin kimi ABŞ-ın Çinə artan marağından narahatdır. ABŞ-ın məşhir “The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, həqiqətən ABŞ Mərkəzi Asiyada hərbi qüvvələrini yerləşdirməyə məkan axtarır.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı
15 Noyabr 2024 Litva hökuməti istefa verib
15 Noyabr 2024 "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"

Dünyapress TV

Xəbər lenti