Anlaşılmaz məntiq -
Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu müsahibəsi İrəvanda növbəti isterikaya səbəb olub. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, Azərbaycan liderini “Cənubi Qafqazda sülhün bərqərar olması üçün İrəvanın və beynəlxalq ictimaiyyətin səylərini torpeda etmək” niyyətində ittiham etməyə tələsdi.

Bundan əlavə, Ermənistan XİN hesab edib ki, İlham Əliyev “Dağlıq Qarabağ əhalisini etnik təmizləməyə məruz qoymaq niyyətini gizlətmədən, Ermənistan ərazilərinin əvvəlcədən planlaşdırılan təcavüzü və işğalı faktını açıq şəkildə tanıyıb”.

Ermənistan XİN-in məlumatına görə, Əliyev “öz bəyanatları ilə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığı, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan Respublikası və Azərbaycan Respublikası arsında sərhədlərin demarkasiyası ilə bağlı bir sıra öhdəliklər götürdüyü beynəlxalq tərəfdaşlara açıq hörmətsizlik nümayiş etdirir”.

Azərbaycana qarşı belə savadsız ittihamın müəllifləri ilk növbədə Ermənistanın qanunvericiliyi ilə tanış olmalıdırlar. 1991-ci il Alma-Ata Bəyannaməsi Ermənistan parlamenti tərəfindən Qarabağın Azərbaycanın tərkibində olmaması şərti ilə ratifikasiya edilib.

Bədbəxt erməni ekspertləri 1991-ci il dekabrın 21-də Alma-Ata Bəyannaməsinin qəbul edilməsinə və dekabrın 10-da “DQR-in müstəqilliyi haqqında referendumun” keçirilməsinə istinad edərək bildirirlər ki, o vaxt Qarabağ “artıq Azərbaycanın tərkibində olmayıb”. Ermənistan parlamentinin Alma-Ata Bəyannaməsini yuxarıda qeyd edilən qeyd-şərtlə ratifikasiya etməsi faktını da nəzərə alaraq, onlar hesab edirlər ki, İrəvan 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü Qarabağsız təsdiqləyib.

Bu, o deməkdir ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı heç bir hüquqi sənəd yoxdur. Üstəlik, Ermənistan parlamentinin 1990-cı il avqustun 23-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsasən, Dağlıq Qarabağ Ermənistana “birləşdi”. Bu müddəa 1995-ci il Ermənistan Konstitusiyasında öz əksini tapıb.

Beləliklə, Ermənistan qanunvericilik səviyyəsində Azərbaycanın Qarabağ bölgəsinin ilhaqını elan edib. 1992-ci il iyulun 8-də isə Ermənistan Ali Soveti Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənədlərin istifadəsinin yolverilməzliyi haqqında qərar qəbul edib.

Ermənistan Azərbaycanın Qazax rayonunun 7 yaşayış məntəqəsini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayır. Üstəlik, Kərki ümumiyyətlə, Qarabağ bölgəsində yerləşməsə də, 1990-cı ilin yanvarında 1921-ci il Qars müqaviləsinin bəndlərinə zidd olaraq işğal olunub. Daha sonra Ermənistandakı digər Azərbaycan anklavları - Yuxar Əskipara (8 iyun 1992) və Bərxudarlı (27 aprel 1992) ələ keçirilib.

Bundan sonra İrəvanda hələ də Azərbaycanın “Ermənistan ərazilərinin işğalı və təcavüzü faktlarını” bəyan etməyə cəsarət edirlər?

Bundan əlavə, Ermənistan Xarici İşlər Nazirliyi qeyd edir ki, Azərbaycan guya “Dağlıq Qarabağ əhalisi üçün hüquq və təhlükəsizlik təminatları məsələlərini həll etmək üçün beynəlxalq mexanizm yaratmağı öhdəsinə götürüb”.

Ararat Mirzoyanın tabeliyində olanların nəinki yerli qanunvericiliyi öyrənməsinin, həm də müvafiq ixtisasa malik həkimlər tərəfindən yoxlamadan keçirilməsinin vaxtı çatıb. Baharın gəlişi ilə onlarda xəstə bir təsəvvür yaranmışdı ki, hətta, bugünlərdə itkin düşən Azərbaycan əsgərini Ermənistan vətəndaşını qəsdən öldürməkdə ittiham etməyə cürət ediblər.

Hələ bu ilin fevralında Münhendə danışıqlar zamanı Azərbaycan Prezidenti Ermənistana dövlətlərarası sərhəddə keçid məntəqələri yaratmağı təklif etmişdi. “Yaxşı olardı ki, Ermənistan və Azərbaycan tərəfləri öz keçid məntəqələrini yaratsınlar. Məntəqələr Ermənistanla sərhəddə Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq, amma bu gün mən Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən elan etdim və Ermənistan tərəfdən rəsmi cavab gözləyəcəyik. Bizim bu mövqeyimiz həm Avropada, həm də Amerikada məntiqli qəbul edilir”, - deyə Azərbaycan rəhbəri ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Nikol Paşinyanla danışıqlardan dərhal sonra azərbaycanlı jurnalistlərə müsahibəsində vurğulamışdı.

Lakin Ermənistan hakimiyyəti bu təklifi rədd edib. İndi də bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycanı sərhədin demarkasiyası da daxil olmaqla, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Doğrudan da, erməni məntiqini ancaq ermənilərin özləri başa düşə bilər... //AYNA//
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu
23 Aprel 2025 Şahbaz Şərif Türkiyədə - Ərdoğanla görüşdü
23 Aprel 2025 Kaya Kallas Azərbaycana səfər edəcək
23 Aprel 2025 Bakının “düşməni” bu dəfə İsraili qəzəbləndirdi – Milyonlarla müsəlmana görə…
22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı

Dünyapress TV

Xəbər lenti