İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani yenidən İsraili Tehranla Bakı arasında münasibətlərin pisləşməsində ittiham edib.
O, bazar ertəsi Tehranda keçirilən brifinqdə deyib: “İran İslam Respublikasının və Azərbaycanın düşmənləri var. Sionist rejim ikitərəfli münasibətlərin məlum düşmənlərindən biridir”.
İran ümumi maraqları nəzərə alaraq mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasının, qarşılıqlı hörmətin vacibliyini vurğulayır.
“Bəzi qüvvələrə iki ölkə arasında fikir ayrılıqları yaratmağın sərfəli olduğunu nəzərə alaraq, İran diplomatik təşəbbüslərin köməyilə son gərginliyi aradan qaldırmağa çalışıb”, – İRNA agentliyi Kananidən sitat gətirib.(Turan)