Andrey Makareviç Rusiya haqqında yeni tükürpədici mahnı ifa edib...
Dəfələrlə Putin rejimini tənqid edən, hazırda İsraildə yaşayan məşhur sovet və Rusiya musiqiçisi Andrey Makareviç müasir Rusiya və onun vətəndaşları haqqında çoxmənalı mahnı bəstələyib.
Moderator.az xəbər verir ki, o, özünün "Facebook" səhifəsində dərc etdiyi ağ-qara videoçarxda gitarada mannı ifadə edib.
Qeyd etmək lazımdır ki, mahnıda ölkənin adı çəkilməsə də, bunun Rusiya olduğuna şübhə yeri qalmır:
Elə bir ölkədən danışacağam,
Ağızlar möhürlü, yaşamaq çətin!
İşıq qaranlığın əsirindədir,
Bir kəlməyə görə hazırdır həbsin!..
Elə bir ölkədən danışacağam,
Beyinlər yuyulub, zəhərlənibdir!
Ağlını itirən sarsağın biri
Ölkəni savaşa düçar edibdir!..
Elə bir ölkədən danışacağam,
Məbədə şeytanı buraxıb, gedir!
Ölümə sövq edir ana oğlunu,
Keşiş öldürməyə çağırış edir!..
Elə bir ölkədən danışacağam,
"Dünya üstümüzə gəlir!" hayqırır!
Kasıb balaları od içindədir,
Çekistin üzündən harınlıq yağır!..
Qəribə gələcək mənim sözlərim,
Belə bir ölkəmi vardır dünyada?
Mən isə inamla deyirəm, bilin:
Vardır belə ölkə, gedəcək bada!..
(Mahnının tərcüməsi redaksiyaya aiddir).
Aprel ayında dördüncü dəfə ata olandan sonra Makareviç İsrail studiyalarının birində məşhur İsrail musiqiçisi Arkadi Duxinlə birgə "Bir metr aralıda" adlı mahnı yazıb.
"Maşina vremeni"nin lideri bunu ivrit dilində ifa edib. O, fevral ayında hamilə olan və dünyaya uşaq gətirməyə hazırlaşan həyat yolsaşının yanında olmasi üçün İsrailə gedib.