TÜRKLÜYƏ XİDMƏT ETMİŞ TÜRKÜN AZMAN ŞƏXSİYYƏTLƏRİ SERİYASINDAN 31-Cİ YAZI -
Ucundadır dilimin
Həqiqətin böyüyü
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən, cahillər
Nə etdilər Vətənə?
-Nə qoydular uyuya
Nə qoydular oyana.
...Ayıltmadı qələmim,
Şu Türk ilə Əcəmi
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.
(Əli bəy Hüseynzadə)
Bu düşündürücü şerin yazarı bütün türk dünyasının mücahidi, bütün Türk aləmində bir haqq elçisi, bütün Türk xalqlarının siyasi və milli əsarətdən azad olması uğrunda mübariz, hələ öz sağlığında “Yalavac” (Peyğəmbər) adlandırılan böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Milli tariximizdə filosof, ideoloq, publisist, tənqidçi, şair, tərcüməçi, rəssam kimi tanınan, milli qurtuluş, istiqlaliyyət məramının carçısı, Türk xalqlarını “Vahid Turan” ideyası ətrafında birləşdirməyə çalışan, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideoloji sisteminin yaradıcısı Əli bəy Hüseynzadə 1864-cü ildə Azərbaycanın Salyan qəsəbəsində anadan olmuşdur.
İlk təhsilini “Tiflis Türk-müsəlman məktəbində alan ” (Mahir Qəribli, Azərbaycanın mühacirətdəki mütəfəkkiri Əli bəy Hüseynzadə. Bax: Azərbaycan dünyası dərgisi, Ankara 1999, №1, səh.31), 1885-ci ildə Tiflis Gimnaziyasını müvəffəqiyyətlə bitirib həmin ildə Peterburq Universitetinin Fizika-Riyaziyyat bölümünə qəbul olunan, 1889-cu ildə oranı bitirərək İstanbula gələn, İstanbul Ali hərbi Məktəbində təhsil alan Əli bəy Hüseynzadənin yetkinləşməsində Qafqazın o dövrkü Şeyxülislamı olmuş ana babası, Şeyx Əhməd Səlyaninin, böyük Azərbaycan mütəfəkkirləri Mirzə Fətəli Axundov və Şeyx Cəmaləddin Əfqaninin xüsusi xidmətləri olmuşdur.
Qədim Şərq, Yunan və Qərbi Avropa fəlsəfəsinə, Alman, İngilis, Fransız, Rus və Şərq ədəbiyyatına dərindən bələd olan, “İstanbul Tibb Məktəbində Qərb fikirlərini, Qərb irfan və mədəniyyətini məktəbin professorlarından daha çox tanıdan”, tələbə yoldaşları üzərində “bir Peyğəmbər təsiri buraxan” Əli bəy Hüseynzadə tələbə yoldaşlarından biri olan məşhur Abdullah Cövdətin dediyi kimi: “bir Allah elçisi idi” (Bax: Yusuf Akçura, Türkçülüyün tarixi, İst., 1990, səh.143).
Əli bəy Hüseynzadə Türkiyədə olduğu ilk illərdə “Tərəqqi və İttihad Cəmiyyəti”nin fəal üzvlərindən biri olmuş, 1897-ci ildə hərbi hakim rütbəsi ilə Osmanlı-Türk-Yunan müharibəsinin iştirakçısı olmuş, “Cəmiyyət” üzvləri davamlı təqib edildiyindən əvvəl İtaliyaya, sonra isə 1903-cü ildə doğma Azərbaycana gəlmişdir. Artıq bu dövrə qədər özünü Türk ictimai həyatında bir “Turançı” kimi tanıtdıran Əli bəy Hüseynzadə Misirdə Əli Kamal bəyin redaktorluğu ilə nəşr olunan “Türk” qəzetində çap etdirdiyi məşhur “Məktubi-məxsus” məqaləsində ilk dəfə olaraq Türk dünyasında göstərmişdir ki: “Tatar” deyə adlandırılan bir xalq yoxdur. Kırımlıların, Qazanlıların, Orenburqluların hamısı Türk oğlu Türkdür... Türklər hər harada olurlarsa – istər Osmanlıda, istər Qafqaz və İranda, istər Baykal gölünün ətrafında, ya Qaraqum ətrafında olsun, bir-birlərini tanımalı, sevməli, sünni-şiəlik və daha bilməm “nəlik” adları ilə məzhəb təəssübünü azaldıb... dinin əsasının Quran olduğunu bilmiş olarlarsa, əlverişli olmazmı? Bir millət üçün hər şeydən əvvəl arzu ediləcək şey güclü olmaqdır. Bir millətin güc qazanması onlar arasında mənəvi əlaqənin artmasına bağlııdır. Xüsusilə, onlar arasında qarşılıqlı sevginin artmasına çalışılmalıdır... Məsələ bir-birimizi tanımaq, sevmək, mədəniləşmək yolunda bir-birimizə yardım etmək məsələsidir”.
Onun ən böyük fəaliyyəti doğma Azərbaycana dönüşündən sonra başlamış, yeddi illik bu dövrdə (1903-1910) o, daha çox “mütəfəkkir bir ideoloq kimi fəaliyyət göstərərək gələcək “Türkçülük hərəkatı”nın nəzəri-ideoloji əsasını təşkil edən fəlsəfi əsərlərini yazıb “Türk”, “İrşad”, “Həyat” və s. kimi qəzetlərdə və özünün redaktoru olduğu “Füyuzat” (Tərəqqi-A.M.) jurnalında çap etdirmişdi” (Rəfail Əhmədli, Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi, Türkçülük, Müasirlik, İslamçılıq, Bakı 2007, səh.163). Böyük ideoloqun “Məktubi-məxsus”, “Türklər kimdir və kimlərdən ibarərdir?”, “Bizə hansı elmlər lazımdır?”, “Yazımız, dilimiz, birinci elimiz”, “Nicat məhəbbətdir”, “Məcnun və Leylayi-İslam”, xüsusilə, “Siyasəti-Fürusət” adlı əsərlərinin əsas mövzusu milli ideologiya ilə yanaşı, istibdadın:, çarizmin yeritdiyi müstəmləkəçilik siyasətinin ifşası, İran Məşrutə inqilabının tərənnümü, Əmir Teymurun müsəlman xalqlarını İslam bayrağı altında birləşdirməsi, Türk sülalələrindən Səfəvi hökmdarı Şah İsmayıl Xətayinin İran, İraq və Azərbaycan xalqlarını birləşdirərək mərkəzləşmiş dövlət yaratması, yadellilərə qarşı mübarizə aparıb Azərbaycan və İranı əsarətdən qurtaran Azərbaycan Türklərinin Əfşar boyundan olan Nadir şah Əfşarın müsəlman ölkələri arasındakı sünni-şiə ixtilafına son qoymağa çalışması təşkil edir. Mütəfəkkirin bu əsərlərində irəli sürdüyü ideyalar əsasında “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” ideoloji sistemi yaranmışdır. Onun bu üç sütunlu ideoloji sistemi Türk aləminin hər tərəfinə tezliklə yayılmış və “Gənc Türklər” inqilabından sonra İstanbulda geniş vüsət almış, xüsusilə, onun “Turançılıq” ideyası çar Rusiyası senzurasını, rus və erməni irticaçılarını dərindən narahat etmişdi. Ona görə də təqiblərə məruz qalmış, o da Əhməd bəy Ağaoğlu və Yusif Akçuraoğlu kimi vətəni tərk etməyə məcbur olmuşdu. Onların vətən Azərbaycanı tərk etməsi irticaçıları və xüsusilə, erməniləri çox sevindirmiş, milli ziyalılarımızı isə məyus etmişdi. Onların Azərbaycanı tərk etməsindən dərin üzüntü duyan məşhur alimimiz Əliabbas Müznib hələ o dövrdə yazmışdı ki: “Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun getməyi Qafqaz əhalisini başsız, böyüksüz buraxmaq kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər”. (Bax: Yaşar Qarayev, Azərbaycan ədəbiyyatı XIX və XX yüzilliklər, Bakı 2002, səh.419).
Əli bəy Hüseynzadə onun İslam Birliyi ideyasından qorxuya düşən erməni və rusların hədyanlarına cavab olaraq yazırdı ki: “Sizi (oxu: erməni və rusları – A.M.) ittifaq və ittihadmı qorxudur?.. Biz isə nifaq və düşmənçilikdən qorxuruq... Nifaq və düşmənçilik deyilmidirmi, sizlərlə bizlər arasında bu qədər qan tökülməyə səbəb oldu... Siz bütün Avropanı təlaşa düşürməklə bizi təhdid etdiyiniz üçün biz: xeyir, əstəğfürüllah, qələt etdik, biz nə İslam aləminin... Birliyi arzu edir, nə də bu aləmin qəflət yuxusundan oyanıb mədəniyyət işığı ilə ziyalı olmasın istəyirik – deyənlərdənmiyik, zənn edirsiniz... Xeyir, xeyir... Menşikov, Maqda, Neman, Çerevanski, “Mşak”, “Arsalyus” və b. ifritələr arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər. Biz qorxub geri çəkilənlərdən deyilik... Yüksəlin, qonşular, yüksəlin! Dar bir şovinizm dairəsindən dişarı çıxınız. Millətinizin üzvlərini zəlalətə düçar etməyiniz... Bu gün bu qədər... sərvət və var dövlətinizlə ümum insaniyyəti, hətta bir-iki qonşunuzu belə məsud edəcək içinizdən bir fərd yetişmədi. İçinizdən nə bir Əbu Əli Sina, nə bir Mollayi Rumi, nə bir Uluğ Bəy göstərə bilməzsiniz... İki min illik tarixinizi eşələyin, yenə göstərə bilməzsiniz... Yüksəlmədikcə, əxlaqınızı təmizləmədikcə, şovinist xəyalları beyninizdən çıxarıb atmadıqca, ümumi bəşəriyyətə, insaniyyətə İsalar, Məhəmmədlər, Buddalar kimi bir nəzərlə baxmadıqca bir qorxulu həlaka düşüb gedərsiniz (Əli bəy Hüseynzadə, “Həyat” qəzeti, 9 aprel 1906, № 77) .
Əli bəy Hüseynzadənin fəlsəfi və siyasi-ideoloji publisistikasında erməni şovinizminin ideya kökləri və strateji hədəfləri, dini, irqi və sosial əsasları, mənəvi terrorları, ikiüzlü, saxta və məkrli üsul və vasitələri, öz siyasi məqsədləri üçün onları dəstəkləyən xristian dünyasının milli-siyasi proqramlarının qlobal motivləri elmi şəkildə öz şərhini tapmışdır.
Əlibəy Hüseynzadə Güney Azərbaycanda baş verən Səttərxanın başçılığı ilə Məşrutə inqilabına böyük əhəmiyyət vermiş, öz əsərlərində “Xəzəri şor su kimi ruslara satan İran irticaçılarını” kəskin tənqid etmiş və göstərmişdi ki: “Çəkilin ortadan. Mədəniyyət gəlir. Təbriz mücahidlərinin, səttarxanlarının qalibiyyəti gəlir” (Əli bəy Hüseynzadə, Siyasəti-Fürusət, Bakı 1994, səh.114).
Əlibəy Hüseynzadə 1910-cu ildən ömrünün sonuna kimi, yəni 1942-ci ilə qədər Türkiyədə yaşamış, müxtəlif universitetlərdə professor kimi fəaliyyət ğöstərmiş, “Türk yurdu”, “Türk ocağı”, “Rusiya Müsəlmanları Türk-Tatar Millətləri Müdafiə hüquq Cəmiyyəti” və s. təşkilatların yaradıcılarından biri olmuşdur. O, öz sanballı yazıları və müxtəlif Avropa ölkələrindəki çıxışları ilə Türkçülük fikirlərinin yayılması və dərinləşməsində xüsusi xidmətlər göstərmişdir. Onun sayəsində təkcə Rusiyadakı Türk ziyalıları deyil, Türkiyəli aydınlar və hökumət nümayəndələrində də həm Quzey və həm də Güney Azərbaycan Türklərinə qarşı bir simpatiya yaranmış, hətta Təbrizdə olan miralay Ömər Bəy Ənvər paşanın tapşırığı ilə Güney Azərbaycan Türkləri ilə sıx münasibətlər yaratmış, onların təşkilatlanmasında yaxından iştirak etmişdi.
Əli bəy Hüseynzadə Türkiyədə yaşadığı dövrdə də Qafqaz, Güney Azərbaycan və bütövlükdə Rusiya Türklərinin taleyi və gələcək vəziyyətləri ilə bağlı aktual problemlərin həlli ilə məşğul olmuş, “Rusiya Müsəlmanları Türk-Tatar Millətləri Müdafiə hüquq Cəmiyyəti”nin üzvləri olan məşhur Türkçü Qazanlı Yusuf Akçura Bəy, əslən Kırım Türklərindən olan üləma Məhəmməd Əsəd Çələbizadə və Buxaralı Mükməddin Beycan ilə birgə 1915-ci ilin sonlarında “Rusiya müsəlmanlarının Tələbləri” adlı bir memerandum hazırlayaraq Alman dilinə tərcümə etmiş və Budapeştdə nəşr etdirərək ABŞ və Avropa dövlətlərinin rəsmi nümayəndələrinə təqdim etmişlər. Memerandumda göstərilirdi ki: “Rusiya öz təbəəsi olan Türk və digər müsəlman xalqlarının ən təbii, məşru və müqəddəs haqlarını zorla əllərindən almışdır. Onlara öz irqdaşları ilə hər cür təmas və münasibət təsiri yasaq edilmişdir... Rusiyadakı müsəlmanlar ən müqəddəs dini vəzifələrini belə icra etməkdən məhrum edilmiş, hər cür milli tərbiyə imkanı onların əllərindən alınmışdır... Əllərimizi göylərə qaldıraraq dua edirik: Bizi rus zəncirindən xilas ediniz” (Bax: Mirzə Bala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, Bakı 1992, səh.173).
Əli bəy Hüseynzadə “Turan heyəti” ilə birgə Budapeşt, Vyana, Berlin, Lozannada olmuş, Berlində “Türk qövmləri”, Lozannada “Rusiyadakı xalqlar”, Stokholmda “Sosialist” Konqreslərində iştirak etmiş, 1918-ci ildə Batum və Gəncədə olmuş, 1926-cı ildə məşhur alim Fuad Köprülü ilə birlikdə Bakıda keçirilən I Türkoloji Qurultayda iştirak etmiş və bu Qurultayda “Qərbin iki dastanında Türk” mövzusunda çıxış etmiş, 1933-cü ildə işlədiyi universitetdən təqaüdə çıxmış və 1942-ci ildə Üsküdardakı evində 78 yaşında vəfat etmişdir. Ruhu şad olsun.
Türk qanlı, müsəlman etiqadlı, müasir fikirli fədailər yetişdirmək missiyasını üzərinə götürən, Türk və İslam Birliyi uğrunda ömrünün sonuna qədər mübarizə aparan, şəxsi tərcümeyi halı ilə İslamın yaddaşına, bütövlükdə Türklüyün tarixinə çevrilən Əli bəy Hüseyinzadə “elə bir ömür yaşadı kı, bu ömür bitəndə o özü məmnun, aləm isə məğmun və pərişan oldu” (Yaşar Qarayev, göstərilən əsəri,səh-448).
Əli bəy Hüseyinzadə parlaq zəkası, geniş dünya görüşü ilə Azərbaycan milli dövlətçilik məfkurəsinin yaradıcısı kimi Türk dünyasının təfəkkür tarixində özünə məxsus yer tutmuş, milli idealogiyamızla bağlı düşüncələri ilə Türk xalqlarının gələcəyinə parlaq bir işıq salmışdır.
Azərbaycan Türk gəncliyinə Əli bəy Hüseyinzadə idealarını həyata keçirməyi arzu edirəm.
Əfsanəvi Əli Bəy Hüseyinzadə dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini təmamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş bir F ö v q ə l b ə ş ə r d i r.
( Yusif Akçura)
Turan məfkurəsinin Şeyxi, Azərbaycan Türklərinin milli iftixarı, Azərbaycan türklərinin boyakarlıq sənətinin banisi, şair, ideoloq, rəssam, musiqişünas, filosof, jurnalist, münəccim, mütərcim, professor, doktor Əli Bəy Hüseyinzadə bugünki Azərbaycan bayrağının simvolik rəmzidir.
Milli ideologiyamızın memarı - Əli bəy Hüseynzadə

AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Teref.az
 
Dünyapress TV

Xəbər lenti