KÖHNƏ MAHNININ YENİ KLİPİ -
1970-ci illərdə məşhurlaşan və dünya estrada musiqisi tarixində ən uğurlu ansambllardan sayılan ABBA qrupunun xoşladığım The Day Before You Came - "Sən gəlməzdən öncəki gün" mahnısına çəkilən yeni klipini gözəl və çox uğurlu sayıram.
Sən gəlməzdən öncəki gün,
Ondan əvvəlki günlər də
Həmişəki həyatımı yaşayırdım,
Məktub, sənəd, xəbərlər, kofe,
Sən gəlməzdən öncəki gün...
Klip meqapolisdə yaşayan, sosial şəbəkə vasitəsiylə bir-birini görən, bəyənən, üzdən tanıyan, amma real həyatda qonşu binalarda işləməklərina baxmayaraq küçədə, avtobusda rastlaşanda da baxmayan, tanımayan iki gəncin Love Story-sini bizə yüksək bədii səviyyədə göstərir. Həmçinin şəbəkələrin həyatımıza necə böyük yer tutduğunu və rolunu da...
İşləyirdim, evə gedirdim, yenə işə
Gündəlik qayğılar, tv-seriallar,
Yatırdım, durudum, səhər yeməyim,
Əmindim ki, yaxşı yaşayıram,
Xoşbəxt olmadığımı duymurdum,
Sən gəlməzdən öncəki gün...
Yazı yazanda dinləməyi xoşladığım mahnılardandır. Əlimdə bir neçə yazı var, işləyirəm, amma sizinlə bu klipi və çoxdan məlum bir fikri yenidən bölüşmək istədim - məhəbbət olub, var, həmişə də olacaq və onun şəksiz varlığı bəşəri dəyərlərin və ülvi hisslərin maddiyat, pul və zordan üstün olduğunu bir daha sübut edir. Siz də baxıb zövq alın.

Чингиз Султансой
TEREF
 

Dünyapress TV

Xəbər lenti