Rusiyanın “Birinci Kanalı”nın Ermənistanda yayımının bərpa olunması üçün şərt açıqlanıb. Bu barədə Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
“Borc ödənildikdən dərhal sonra “Birinci Kanal” açılacaq”, – erməni nazir media yayımının bərpası üçün şərt kimi deyib. Qeyd edək ki, ötən gün Ermənistanda “Birinci Kanal”ın yayımı dayandırılıb. Ayrapetyanın sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb. RİA Novosti