"Bu yaşımda söyülürəm"
“Doğum günümdə, anadan olduğum gündə Şuşada “Xarıbülbül” festivalı keçirilirdi. Sübh tezdən oyanıb Gövhər Ağa məscidində namaz qıldım. 69 yaşım tamam oldu. Mən hələ belə xoşbəx olmamışdım. Hələ heç kim indiyə qədər mənə belə gözəl hədiyyə verməmişdi. Mənə şəhərimi qaytardılar. Şuşamı qaytardılar. Artıq 4 ildir ki, gəlib Şuşada namaz qılıram. Şuşada böyük yenidənqurma işləri gedir. Gecə-gündüz işləyirlər. Ali Baş Komandan, cənab prezident İlham Əliyev başda olmaqla bütün əsgərlərimizə can sağlığı, qazilərimizə şəfa, şəhidlərimizə isə rəhmət diləyirəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib. O daha sonra yeni filmlərdə çəkildiyini bildirib.
“Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən filmdə rol almışam. Hazırda da iki filmə dəvət gəlib. Görək nə olur?! Əsas işləməkdir də. Mənim yaşım artıq elədir ki, ata rollarını oynaya bilərəm. Hətta Aqil Abbas Qarabağ haqqında bir əsər yazıb. Orada baş qəhrəmanın atası rolunu da mən oynayacam. Mən rol seçmirəm, nə versələr oynayıram. Dünən mən çox xırda bir epizodda çəkildim. İmtina edəndə mənə düşmür. Sonra pauzalar çoxalır. Ona görə də hara gəldisə gedirəm” deyə sənətkar bildirib.
Xalq artisti çəkildiyi “Alatava” serialından da danışıb.
“ “Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm. Amma gənclərin sırasındayam, onlarla bir yerdə söyülürəm. Qocalar cəbhəsi məni cavanlar cəbhəsində söyür. Kim qələbə çaldı? Əlbəttə ki, gənclər! Bu filmdə London küçələrində olan avaraların həyatına bənzəyən axın var. Onlar da istədilər ki, söyüşlü bir şey çəksinlər. Cavanların arasında o söyüşləri mən də söymüşəm. Qocalar bizi söyür. Qoy söysünlər, biz cavab verməyəcəyik. Çünki biz cavanlar və bizim cavanların sırasında mən varam. Onların heç biri cavab verməyəcək. Çünki onların da komandanı mənəm. Böyük deyə bilər, o nə deyirsə düz deyir, amma biz də öz işimizdəyik. Bir gün cavanların sırasında onlarla birgə nəfəs almaq, 100 ilin qocasından daha yaxşıdır” deyə xalq artisti bildirib.
 

Dünyapress TV

Xəbər lenti