İsveç "Eurovision" zamanı hava məkanını bağlayacaq
İsveçin Malmö şəhərində hava məkanı “Eurovision-2024” Mahnı Müsabiqəsi zamanı bağlı olacaq.

Şəhər rəhbərliyi mümkün terror aktlarından narahat olduqları üçün belə bir addımı atmağa qərar verib.

Buna görə də yerli polisdən mümkün kütləvi nümayişlərə və və terrorla bağlı şayiələrə operativ reaksiya verməsi tələb olunacaq. Hüquq-mühafizə orqanları həmçinin hava məkanını bağlayacaq.

Bundan əlavə, küçələrdə polis nəzarəti gücləndiriləcək. Yerli polisə Danimarka və Norveçdən silahlı qüvvələr və polislər qoşulacaq. Onlar arenadan tutmuş əlaqəli tədbirlərə, otellərə və nümayişlərə qədər hər şeyə nəzarət edəcəklər.
 

Dünyapress TV

Xəbər lenti