"Mən öldüm. Yox, Bu mənim hekayəmin xülasəsi deyil. Bu, başıma gələn hadisədir. Hər şey apreli 6-sı gecə və yubiley günü, aprelin 7-də baş verdi. Mən yenidən doğuldum. Ölümü necə təsvir etmək olar? Bütün daxili orqanlar eyni vaxtda funksiyasını dayandırır, nəfəs dayanır və ürək döyünmür. Komaya və ya kliniki ölümə bənzəyən bir neçə dəqiqə insanı "tərəvəzə"ə çevirir".
Bakupost.az xəbər verir ki, bunu aprelin 6-sı səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına aparılan və bir neçə günlük müalicədən sonra bu gün evə buraxılan Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev paylaşdığı postda bildirib.
O, daha sonra qeyd edib ki, Allah onu ölümdən xilas edib: "Bəlkə də Allah fikirləşdi ki, hələ tezdir və məni geri qaytardı. Bir neçə gün ərzində yaxınlarıma və doğmalarıma necə böyük acı yaşatdığımı təsəvvür etmək dəhşətlidir. Hamıya təşəkkür edirəm - Prezidentimə, bütün dostlarıma, tanışlarıma, oxucularıma və ümumiyyətlə, bu günlərdə mənim üçün narahat olan tanımadığım hər kəsə. Hamınız sağ olun! Sizin etimadınızı doğrultmağa çalışacam. Mən oranı görüb gəldim. İndi qətiyyən qorxmuram. Bir dəfə ölənlər ikinci dəfə ölməyə qorxmurlar. Ancaq tələsməyin. Yəqin ki, hərəmizin öz vaxtı var. Bu gün mən xəstəxanadan çıxdım. Şəkildəki insanlar məni geri qayıtardılar. Onların hər birinə təşəkkür edirəm!"