Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.
Oxu.Az xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib.
O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:
“Bu, mənim üçün türmədir. Hamı bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib”.
F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.