Adər - Od, Bayd - sevmək, AN - ölkə - AZƏR BAYC AN - ODU (GÜNƏŞİ) SEVƏNLƏRİN ÖLKƏSİ deməkdir. Gil yazıda da bizim inamımızın qədimlərdə Şəməş (Günəş), Ahura, Şimşək allahı Mərduk olduğu təsdiq edilir.
Poema gil yazılardan tərcümələrimin məcmusu olmuş 1997-də Sietldə nəşr etdiyim "ƏCDAD" (472 səh.) kitabına istinadan yazılıb və u kitabda da gedib:
İnandırmağa çalışıram ki, bütün ömrü boyu nüvədililər demişgən, "düzdə (yəni yerdə) karrax" qalıb:
"- A səni imam, a Azərbaycan Akademiyası deyə bilərsənmi, mən kimnən törəmişəm?",
Bu kitabı (indi kitabları) min zillətlə gil yazılardan birər-birər əvdiyib sirrlərini aça bildiyim Türk sözlərindən, mətnlərindən tərtib edib bildiyim 3 dildə yazdım ki,
"- Sən allah, İqrar Musayeviç (Tarix institutunun ölmüş direktoru Əliyoff ), bəlkə sən düzüni deyəsən, mən kimin turuğuyam?.." suallarını ətrafa qığılcım kimi səpən və bütün varlığını ərəbdən, farsdan aldığını mütləq təbliğ edən, bununla öyünən millətimin gözü açıla.
İranda, Türkiyədə, İrakda, Suriyada 20-dən çox azlqıları olan (adlarını bura yazsam, bir saat bu səhifədə qalacaqsız), amma hamısınnan xəbərsiz qalmış və bu gün "azərbaycanlı" adlandırılan mənim bədgüman TÜRK millətim oxuyub, bəlkə inamını özünə qaytara.
İnana ki, 6 min illik Mixi Yazısı, 3 min illik Etrusk yazıları (yeni tapıntıdır) onun şaquli ulularının icadıdır.
HEYHAT !
M.F. Axundov aça bildimi?
Mirzə Cəlil aça bildimi?
M.Ə. Sabir aça bildimi?
Bəxtiyar Vahabzadə aça bildimi?
AMMA AÇILACAQ !!
***
... Götür Ata,
Götür Ana,
budur sənin
gözlərinə
gün İşığı.
Budur
sənin qollarına
yeni qüvvət;
vur belinə,
budur sənə
yeni dayaq,
güc qurşağı.
İç də,
qorxma,
babaların,
nənələrin
bu müdriklik
şərbətini.
İç,
cana gəl,
təzələnsin
qoy ağ nurun,
təmiz ruhun,
beynindəki
fikirlərin
qarışığı.
Dinləmə gəl,
rus dilində,
fars dilində
taleyinin sazın
çalan
yad aşığı,
yad ozanı.
Dinləmə gəl
Sazıı qəsdən kökdən salıb
Tarixinin ahəngini
pərdə-pərdə pozanını.
Öz dilindir
Özəə dayaq,
Tanı onu,
Tanıt onu,
Andır onu,
Qandır onu.
Geydir
balaa öz əyninə
anasının
öz donunu.
Oxu
əski tarixini
bu KİTABDAN!* -----*artıq "bu KİTABLARDAN"
Keçmişinin
dərinliyin
dizlərinə
dayaq et ki,
sabahının
genişliyin
qurasan sən.
Gələcəyin zirvəsinə
yüksələsən.
Ürəyinə
təpər verər
bu eliksir.
Haramlaşmış
ulu dünyan
halallaşar.
Dil təkinin qatlarına
enərsən də,
sən özünə
dönərsən də.
Bilərsən ki,
azdırılmış
Onminillik
Gil Yazılı
yollarında
sən
heç kəsdən
dönməmsən!
Sən özünsən!
Sən özünsən!
Səni səndən
döndərənii
tanı, baba,
tanı, nənə,
tanı,
"ınqa" deyən
körpə balam!
Tanı,
"Vağzalıda"
gəlin köçüb
astanada
çini qıran
ərkan qızım,
Təzə evə gələn yazım.
Öz dilində
öz balana
döşlərindən
halal süd ver,
Gəlin tacım!
Oxu ona…………………..oğluna
oxu ana*.....................*qızına - ana - burda qadın cinsidir.
bu KİTABIN
min illərin
qübarına
saralmayan,
zaman adlı
qasırğanın,
dalğasına daralmayan
u müqəddəs
gil yazılı
səhifələrin.
Ulu dünyan
budur, oğlum,
budur, qızım,
Öyrənibən,
öyrət onu,
Sən özünə
səcdədə ol!
Tək özünə
inam olsa
heç bir qüvvə
u Torpaqda,
səni səndən
ayırammaz!
Ulu VƏTƏN ! -
u sənindir!
Heç bir yannan
gəlməmisən
sən u elə.
Unutma gəl
bu kəlməmi:
At da getsin
zibilliyə
Necə atdın
sırığını,
Oxuyub da
yorma özüü,
Türkə azğın,
farsa satqın
İqrar yazan
qaralanmış,
paralanmış
"Azərbaycan tarixi"ni.
Onu yazan
xain əli,
xain beyni,
xain dili,
xain eyni* *şüuru
Yazan biclər -
kəsrəvilər,
yağıların diqtəsilə
yazıb onu.
Onu bil ki,
Azərbaycan dünyasından
həcv yazıb,
indiyəcən
kitab yazan
tarixçilər.
Unutma ki,
heç bir yandan
gəlməmisən
bu Torpağa.
Köç ediblər
sənin yanaa,
sənin şanaa,
sənin yurdaa,
sənin odaa
qızınmaqçın
qan qardaşın,
can sirdaşın -
Oğuz Baban -
Bayat Baban,
Qıpçaq Nənən,
Səlcuq Dədən,
Hun oğullar,
Hun noğullar:
"Əridə udsiz Kür deyə ki, Arazu deyə,
Gələ edə savab, hunca deyə,
barı hunca deyə!"*........................Şairə Bida Həmmədani (3200 il)
BİDA NƏNƏN
HƏMMƏDANDA
nə yazırdı
gil lövhəyə?
Yalanımı qazıyırdı
Sal naməyə
damarından
Həqiqəti
doğan NƏNƏN?
Zamanlara
səmalardan
şimşək təki
çaxan NƏNƏN?!
Bu Torpağın
təkindəcə
Öz kökündür,
kövərindir
rişələnən:
Babilanda,
Türükküdə,
Apennində* ......*yeni tapıntılar əsasında yeni əlavədir
Nan Elamda*,...................*Nan - Şan, Şanlı
İrəvanda!
Naxçıvanda-
Odur, sənin
öz ilkindir.
İnanmırsan?..
İnanmırsan,
al külüngü,
al düsəri,
iti beli,
qaz dərinə.
Bax, yazılı xəzinələr,
Bu Torpağın təkindədir,
Mixi yazı nümunələr
İlandağın,
Kəbir Kuhun*.....................*Luristanda - qədim Türükküdə dağ
Tarkitaun*...........................*Mahaçqala üstündə dikələn dağ
sal qayalı yükündədir.
- Onu bu gün
qayalarda bərpa etdi
nər cigitlər,
Kumukdakı
ər igidlər...*....*Yazı, açılışımda Tarkitauda 2020-də yenidən qazıldı
İrbunyedə*,....*İrəvanın gil yazıdakı türkcə adı
Xudafərin
kəndindədir.*.......*Oradakı mumiya yazısı təmiz türkcədir
İnanmırsan?
İnanmırsan,
al da lingi
vur torpağın
damarına,
TÜRKÜ DİLİN,
TÜRKÜ ELİN
ÖZ DÜNYƏVİ
KÖKÜNDƏDİR!
KAİNATIN
TƏKİNDƏDİR!..
_________________________
Şəkildə: ƏCDAD - ABŞ, Sietl, "Tariyel V Ali" İnc.", 1997, 472 s., azərbaycanca;
Poema 1997-də Sietldə nəşr etdiyim "Əcdad" kitabımın şərəfinə yazılıb (solda) və u kitabda da gedib. İndi u kitab dəy tək deyil.
Poemadakı qüdsal arzular vaxtilə "ƏCDAD"ın millətə tövsiyəsi idisə, indi artıq 4 ölkədə nəşr edilmiş 1300 səhifəlik 2-cildlik rusdilli davaçmısının da (ortadakı qoöşa şəkil) və
ABŞ-da iUniverse (Ay Yunivörs) nəşriyyatında lap elə bu günlərdə çapdan çıxacaq 900 səhifəlik ingilisdilli turuğunun da (törəməsinin) (sağdakı şəkil) və "Mixi yazılı basmaqəlib lövhələr və Etrusk yazıları" (sonuncu kitab) adlı "torun" da özünü danan xalqa müraciətidir.
Kitablar isə əsil yazılı kökünü dünyaya tanıdacaq millətin Qəbaləsidir.
Tariyel Azerturk
TEREF