Məşhur türk aktyoru, “Yeşilcam”ın ustad sənətçisi Kadir İnanırın son vəziyyəti məlum olub.
Bu barədə aktyorun yerləşdirildiyi Ümraniye Elmi Araşdırmalar xəstəxanasının baş həkimi, professor Necdet Sağlam açıqlama verib.
O qeyd edib ki, 74 yaşlı sənətçinin səhhətində irəliləyiş var.
“Artıq şüuru üstündədir. Mesajlara gülümsəyərək cavab verir, ünsiyyət qurur. Artıq onu danışmağı üçün heç bir problem olmayacaq, lakin indi danışmaq üçün çox yorğundur”, - həkim bildirib.
Xatırladaq ki, martın 24-də Kadir İnanır Beykozdakı evində huşsuz vəziyyətdə tapılmışdı.