"Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik"
“Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bunu çox xoş qəbul edirdim. Deyirdim ki, gör məni nə qədər çox istəyirlər. O “tərəzi” məsələsi... Tənqidi çox gözəl qəbul edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova qonaq olduğu “Danışır radio” verilişində deyib.

Müasir serialların məzmununu və tərtibatını bəyənmədiyini söyləyən aktrisa həmçinin, onlara baxmadığını və onun üçün maraq kəsb etmədiyini bildirib:

“Son zamanlar çəkilən seriallar bir-birinə çox oxşayır. Orada çəkilən eyni aktyorlar, simalardı. Mən seriallarla ümumiyyətlə işlərimi bitirmişəm. O vaxt o seriala çəkilərəm ki, tarixi bir əsər, ciddi çəkiliş olsun, yoxsa nəyinsə xətrinə istəmirəm. Son zamanlar çəkilən seriallar mənə cılız gəlir. Yerli serialları izləmirəm, baxmıram və mənə maraqlı deyil”.

F.Mütəllimova ona paxıllıq edib, arxasından iş çevirən həmkarlarından da söz açıb:

“Mən heç zaman heç kimə paxıllıq etməmişəm. Hərənin öz ruzisi var. Allah paxıllıq hissini məndən uzaq edib. Amma mənə paxıllıq edən çox olub. Üzümə gülə-gülə... Bu sənət elədir ki, mənim başımın arxa hissəsində də gözüm var. Bunu deyəndə isə çoxları mənə gülür. Mənim çox güclü hissiyatım var. Məsələn, bir insan yadıma düşsün ki, filankəsi çoxdandır görmürəm. Üzərindən 10 dəqiqə keçir həmin o filankəs ya önümə çıxır, ya da ki, zəng edir. Hamı buna məəttəl qalır”.
 

Dünyapress TV

Xəbər lenti