Vaqif Mustafazadənin "Mart" kompozisiyası. Adını "Mart" qoyub, amma bu ölməz parçada Novruz yoxdur. Novruzsuz Mart olarmı heç? Yəqin siz də hiss etmirsiz burada Novruzu. Doğrudur, Baharın havası var, əriyən qarların səsi gəlir, bəlkə yağış damcılarının səsidir, bilmirəm…ancaq qəribə, dərin bir nisgil var… Bəlkə mən nəyisə görə bilmirəm… Vaqifin özünün hiss etdiyi, amma dilləndirməyə ehtiyat etdiyi başqa bir şey var sanki... Boz aydır, cığaldır, cırnadıb çəkiləcək, təslim olacaq. Sonra qan qaynayacaq, çağlayan tüğyan edəcək, Novruz gələcək. Ancaq Vaqif bunu görmür sanki, o daha uzaqlardadır hələ… Niyə? Bunu çözə bilmirəm... Fatalist olub bəlkə Vaqif? İbrahim Nebioğlu TEREF