"Kədəri ifadə etmək üçün söz yoxdur"
“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov “Crocus City Hall”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Bu barədə biznesmen İnstaqramda yazıb.

“Crocus City Hall”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Kədəri ifadə etmək üçün söz yoxdur”, – Ağalarov qeyd edib.

Qeyd edək ki, dünən Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.
 

Dünyapress TV

Xəbər lenti