44 yaşlı taksi sürücüsü Oğuz Erge yanvarın 31-də üşüməsin deyə maşınına mindirdiyi müştərisi tərəfindən 3 güllə ilə vurularaq öldürülüb.
Türkiyə gündəmində geniş əks-səda doğuran qətl hadisəsi 18 mövsümdür Kanal D-də yayımlanan “Arka Sokaklar” serialının da mövzusu olub.
Real həyatdan personajların və sosial hadisələrin tez-tez yer aldığı serialda Oğuz Ergenin qətlindən də bəhs ediləcək.
Serialın bu axşam yayımlanacaq bölüm treylerində taksi sürücüsü maşınına mindiyi şəxs tərəfindən öldürülür. Taksi sürücüsünü vəhşicəsinə öldürən şəxsin “İnsanlıq öldü” sözləri də diqqət çəkir.