Bu bizik?!
Ağa Musa Nağıyevin adı gələndə istər istəməz kərbəlada dəfn etdiyi oğlu İsmayıl yada düşür ..Görəsən sonuncu dəfə onun Kərbəladakı məzarını kim görüb .kimdəsə məzarüstü fotosu varmı?! Onlarla bağlı o qədər səbəb və əhvalatlar var ki, bilmirsən hansından yazasan: Ağa Musa Nağıyevin Cümhuriyyət dövründəki fəaliyyətindənmi, Stalinin və başqa quldurların pul məqəsədi ilə onu oğurlamasındanmı. tikdirdikləri binaların tarixçəsindənmi, hayatındanmı,ikinci dəfə gürcü yəhudisi qızı ilə ailəsindənmi, dünyaca məşhur olmasındanmı...Bu masştabda, miqyasda insan haqda qısa şəkildə status formasında bir neçə cümlə yazmaq günah olardı...Amma qoy olsun, nə edim, eybi yox, onun vəfat günü olmasını xatırlamaqla günah qazanıramsa qoy günah mənə yazılsın.
Bu gün Biləcəri kəndində atası samançı, qardaşı hamamçı olan azərbaycanlı milyonçu-mesenant ağa Ağa Musa Nağıyevin vəfat etdiyi gündür. Qəribədir ki, tikdirdiyi 98 əzəmətli bina və sənaye obyektləri bu gün də xalqın və dövlətin istifadəsində olsa da xalq tərəfindən "xəsis" adlandırılıb.
Bu gün bir bakılı və azərbaycanlı kimi tikdirdiyi binaların önündən keçəndə qeyri adi hiss məni bürüyür. Ağa Musa Nağıyev əsli nəcabətli şəxsə çevrilir və bunu öz sağlığında, eləcə də bu günümüzə qədər onun əsil nəcabətini, kökünü, ailə fəxarətini binalarının üzərindəki Ağa Musa Nağıyev firmasına məxsus emblema –“Venzel” (daş kitabə) də təsdiq edir. Bu binaların önündən keçəndə bu venzellər öz gözəlliyi və məna etibarilə diqqət cəlb edir. Və kənarlarında saman çələngi,
ortada hambal şələsi və üzərində “MN” və ya “AM” təsvir olan
yazının önündən keçəndə fəxr hisləri məni buraxmır.. Ağa Musa Nağıyev isə bununla öz keçmişini unutmadığını təsdiqləyirdi. Nə yaxşı ki, onun imzası, venzeli isə xeyriyyəçilik modeli olaraq binaların üzərində qalmaqda davam edir.! Yankilərin yadlarına salmayaq, nə yaxşı ki, silməyiblər...
O vaxt ermənilər mart soyqırımı ilə ölkəmizə hərtərəfli ziyan vurmaq üçün “İsmailiyyə”də yerləşən arxivləri, Bakının şah əsər hesab olunan vərəm xəstəliyindən vaxtsız dünyadan oğlunun adına tikdirdiyi binanı yandırırlar. Erməninin məqsədi Bakının brendinə çevrilən bu binanı məhv etməklə bərabər çəkisi 6 kiloqram qızıldan olan binanın üzərindəki “İsmailliyyə” sözünü götürmək istəyi idi. Və arxivi ələ keçirə bilməsələr də onu yandırmağı bacarırlar. Xatırladım ki, “İsmailiyyə” binası Azərbaycan tarixinin gərgin,şanlı səhifələrinin iştirakçısı olub və bugün də ənənə davam edir. Yəqin yadinizda olar: bir vaxt Azərbaycanın milli-azadlıq hərəkatında mühüm yer tutan Qafqaz müsəlmanlarının birinci qurultayı (1917, 15-20 aprel) bu binada keçirilib.
Təbii ki, “İsmailiyyə”nin dağıdılaraq yandırılması hamıdan çox onun əsl sahibini – Musa Nağıyevi “yandırmışdı”.
"Yanan binaya baxıb öz qanı ilə (!!) öz qanı ilə kağıza bu sözləri yazır : Biz milyonçular qazandığımız neft pulları ilə Bakını alınmaz qalaya çevirə bilərdik...Amma biz bu pulları restoranlara, eyş -işrətə, əyləncələr sərf etdik ...Yazıqlar olsun bizə"
Bu hadisələrdən bir il sonra 1919-cu ildə Ağa Musa Nağıyev vəfat edir. Ölümün əsas səbəblərindən biri də “İsmailiyyə” dərdinə və orada oğlu İsmayılın heykəlinin dağıdılmasına dözə bilməməsi göstərildi.
Deyilənə görə dörd dəfə məzarı dəyişdirilib ...Vəsiyyətində "məni Kərbəlada, oğlum İsmayılın yanında dəfn edərsiniz." desə də vəfat etdiyi illərdə Bakıda hələ də qırğınlar davam etdiyindən onu Çəmbərəkənd qəbiristanlığında Kərbəlaya aparılması məqsədi ilə işarə qoyaraq dəfn edilir.
1931-ci il...sovet dövrünün qızğın vaxtında qardaşı Ağaəliyə xəbər eləyirlər ki, "gəlib onun nəşini çıxarıb aparın, burada Kirov parkı salınır". Naəlac qalan qardaşı bir neçə yaxını ilə nəşi bir qutuya yığıb Biləcəridə Proparka qəbiristanlığında "Qaya altı" deyilən yerdə dəfn edirlər. Və yenə də Kərbəlaya aparılması üçün əmanət qoyurlar.
1938-ci il...Xəbər çatır ki, həmin qəbiristanlıq da sökülür...Yenə də yaxın adamlar onları heç kim tanımasın deyə gecə vaxtı məzardan sümükləri balışın üzünün arasına yığıb Biləcəridə bir təpənin, dağın üstündə basdırlar..
Və bu yer düz 1998-ci ilə qədər orada insanların gedib gəldiyi yerdə ayaqlar altında qalır,heç kimin xəbəri olmur... Və nəhayət Biləcəridən məzar üçün yer ayrılır və Ağa Musa Nağıyev dəfn olunur....
Gördüyünüz kimi, oğlu İsmayılı uzaq Kərbəlada dəfn etdirən A.M.Nağıyevin öz məzarı baltası daima özümümzünkülər tərəfindən dəfələrlə işğala məruz qalır. Qeyd edim ki, o, öləndə qəbri üstə çox adam az olub. Belə ki, Ağa Musa Nağıyev sağlığında bəhailiyi qəbul etmiş və hətda "İsmailiyyə" binasının əsas fasadında Şeyx Bəhainin qranit heykəlini qoydurmuşdu. Bu üzdən ailəsi ondan imtina edir, dəfnində çox az iştirakedir. Lakin bu binada bir heykəl də var idi ki, o da oğlu İsmayılın heykəli idi və gəlib -gedən qonaqların üzünü kədərləndirirdi.
Bütün bunlar bir yana amma yazıqlar olsun bizə ...Baxın, Ağa Musa Nağıyev ilə eyni vaxtda Sovet Ensiklopediyasında “geniş” yer verilmiş xaricdə yaşayan erməni Gülbekyan adlı bir mesenat da fəaliyyət göstərib. Vətənində heç vaxt yaşamayan bu erməni mesenat həyatını İraq, Fransa, Avstraliya və Rusiyada keçirməsinə baxmayaraq, müstəqillik qazanandan sonra ermənilərin ilk tədbiri onun adının əbədiləşdirilməsi olub.. Yerevanın mərkəzində heykəli qoyulmaqla bərabər, adına küçələr.parklar, xəstəxanalar açırlar.
Bu gün bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara neft milyonçusuları Ağa Musa Nağıyevin, H.Z.Tağıyevin və digərlərinin həyat tarixçəsinə bir də nəzər salmaqlarını istərdim.
Onun pulu hamıdan çox idi...Hələ sağlığında Sankt-Peterburqda "manetnıy dvor" adlı kataloq buraxdırır. Orada var-dövləti 690 milyon qiymətləndirilir. Bu varidatı qoymaq üçün o vaxt Bakı quberniyasına müraciət edir. Amma quberniya bu pulu qəbul edə bilmir. Sonra o, Sankt-Peterburqa da müraciət edir. Onlar da qəbul etmədikdə məcbur olub xarici banklara, əsasən İngiltərə, İsveçrə banklarında yerləşdirilir. Maraqlıdır ki, bu gün də kod bilinmədiyindən bu pulu Azərbaycana gətirmək mümükün deyil ...
Neft isə nəinki yerləşdiyi ərazilərdə ölkələrə, belə çıxır ki, onu çıxaran insanlara da bədbəxtliklər gətirib və bu bəlalar bu gün də davam edir.
sözardı: Təsəvvür edin ki, bu yazını redaktə edərək yazan zaman üç dəfə işııqlar söndü...Hər dəfə də yenidən yazmağa məcbur oldum. Hansısa qüvvə mənə sanki mane olurdu.
Niyə, bilmirəm...Yoxsa, ruhu qəbul etmədi?!
Baba Allahnəzərov
TEREF