“Möhtəşəm yüz il” serialının “Kösəm sultan” bölümündə Turhan sultan rolunu canlandırmış aktrisa Hande Doğandemir maraqlı açıqlama verib.
Referans.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa bildirib ki, bu seriala çəkildikdən sonra amerikalı məşhur müğənni Kardi B. ona nifrət edib.
“Buna səbəb Kardi B.nin Kösəmi çox sevməsi və mənim oynadığım Turhan sultanın Kösəmin ölümünə fərman verməsi olub. Kardi B. dəli kimi bu serialı izləyirdi və tez-tez bu barədə şərhlər yazırdı. Mən filmin son 4 bölümündə daxil oldum,
Kösəm ölüncə o öz hesabında mənə nifrət elədiyini yazdı. Sonra şəxsi hesabıma da yazaraq, mənə söydü. Bu bir dəlilikdir, başqa adı yoxdur, aktrisa olduğumu bilir, Turhana qəzəblənib, Handeyə söyürdü”, - aktrisa bildirib.