"Həyatımda sevgimə layiq olmayan insanlar olub."
"Həyatımda sevgimə layiq olmayan insanlar olub."
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Cennifer Lopez "Heç vaxt danışılmamış ən böyük sevgi hekayəsi" adlı yeni sənədli filminin təqdimatında deyib.
Ben Affleklə evli olan 54 yaşlı müğənni Lopez: "Həyatımda səni sevirəm dedikdən sonra sevgi sözünə yaraşmayan işlər görən çox adam olub. Belə ağrılı bir vəziyyətlə qarşılaşanda dibinə vurursan və sonra deyirsən ki, daha bunu istəmirsən”.
Keçmişdə kimin ona pis rəftar etdiyini açıqlamayan ulduz bu çətin vəziyyətdən çıxmağa çalışarkən özünü "dumanın içindən baxırmış kimi" hiss etdiyini bildirib.

"Mən heç vaxt döyüldüyüm münasibətdə olmamışam, amma mütləq manipulyasiya və bir neçə başqa xoşagəlməz şeylərə məruz qalmışam. Bu, kobud və hörmətsizlik idi", - Lopez deyib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində nişanlanan Cennifer və Ben 2022-ci ilin iyulunda yenidən bir araya gələrək evləniblər.
 

Dünyapress TV

Xəbər lenti