Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edərək Natəvanın heykəlinə qarşı vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyini bildirib. Azərbaycan tərəfi heykəlin səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir. Fikrimcə, ən optimal yol elə budur. Çünki sabah heykəlin üzərinə atılan rəng təmizlənsə belə, vandallar eyni təxribatı təkrarlayacaqlar. Fransa bələdiyyəsi heykəli vandallardan qorumaq üçün heç nə etməyəcək və ya edə bilməyəcək. Meriya Azərbaycan səfirliyinin telefon zənglərinə cavab verməsə də, heykəlin orada qalması artıq mümkün deyil. Elxan Şahinoğlu TEREF: Xocanın Blogu