ÇİNGİZ HÜSEYNOV DÜNYADAN KÖCDÜ
Tanınmış yazıçı Çingiz Hüseynovu itirdik. Azərbaycanın ən böyük və güclü yazıçılarından biri, gerçək həyatımızın öyrəşdiyimiz, adiləşmiş dəhşətlərini və eybəcərliklərini cəsarətlə təsvir edən nasir. Məncə, Azərbaycanda onun kimi cəsarətli və istedadlı nasir yoxdur.
Onun “Məhəmməd, Məmməd, Məmiş”, “Fəthəli fəthi”, “Ailə sirrləri”, "Doktor N", "Merac" romanlarını oxumamısınızsa, çox itirmisiniz.
"Doktor N" romanında bolşevizmin əsl, qəddar və murdar mahiyyətini gec də olsa anlayan Nəriman Nərimanovun ölümündən bir ay əvvəl oğluna yazdığı məktubda bu həqiqətləri etiraf etdiyini yazır. Belə bir məktub həqiqətən gizli arxivdə saxlanılır,Çingiz müəllim onu oxuyub əsərini yazmışdı...
Ya, məsələn, “Ailə sirləri” romanı 1970-ci illərdə hələ sovet respublikasına öz yaşayış və idarəçilik qaydalarını yeridən hakim klanın həyatını, bu qaydaları qəbul edən azərbaycan toplumunun tənəzzülünü yüksək bədii səviyyədə oxucuya göstərir. Əbəs yerə deyil ki, əvvəlcə Azərbaycanda da satışa çıxarılan roman az sonra yasaq olunmuşdu.
Novxanı çimərliyində işləyən xilasedicilər haqqında rus dilində yazdığım avtobioqrafik "После шторма" - "Tufandan sonra" povestimə yüksək qiymət vermiş, resenzia yazmışdı. Qısa məsləhətləri çox qiymətli, faydalı idi.
Çingiz Hüseynov uzun müddət Moskvada, son illəri isə mühacirətdə, İsraildə yaşadı. Son günlərinə kimi yazdı, qələm əlindən düşmədi. 94 yaşına üç ay ay qalmışdı.
Allah rəhmət eləsin! Ruhun şad olsun, Ustad!
Çingiz Sultansoy
Teref: Xocxanin Blogu
 

Dünyapress TV

Xəbər lenti