Nizami Kino Mərkəzi məşhur kinorejissor Emil Quliyevə ödəniləcək vəsaiti kommunal borclara sərf edib.
İqtisadiyyat.az xəbər verir ki, bunu kinorejissor özü iddia edib.
O, təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatının baş tutduğunu xatırladıb.
E.Quliyev prokat dövrü ərzində müəyyən bir məbləğin yığıldığını, amma həmin vəsaiti ala bilmədiyini söyləyib.
"Pulumu almağa gedəndə mənə dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun", - o əlavə edib.