“Atamdan sonra heç kimdən dəstək görmədim. Bu haqda əslində danışmaq istəməzdim. Hər şey Ramiz Novruzu itirəndən sonra getdi”
Bunu ARB kanalında yayımlanan “O üz” verilişində xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz deyib. O daha sonra əlavə edib. “Aktyorlar 180 dərəcə mənə qarşı dəyişdi. Mənə mənəvi dəstək lazım idi. Atamın vəfatından sonra elə şeylər gördüm ki, sanki onlar atamın ölümünü gözləyirdilər. Teatrdan kiminsə atası yaxud kiminsə övladı rəhmətə getsəydi atam onlara sahib çıxardı, ən azından mənəvi dəstək olardı. Atam o sənətkarlara görə sinəsini qabağa verib, davalar edib, mübarizə aparıb. Atamın ölümündən 3 gün sonra onun tamaşasını oynadılar. Ramiz Novruzu tamaşa oynayanda da yada salmadılar. Ən azından deyərdilər ki, “3 gün öncə Ramiz Novruz vəfat edib, bu tamaşanı onun xatirəsinə ithaf edirik”. Həmin tamaşada baş rolda xalq artistimiz oynayırdı. Ən azından siz deyərdiniz. Atam teatrda bir həmkarı ilə dava etmişdi. Sonra polis məsələyə qarışdı, hər şeyi etiraf etdilər. O aktyorla da anlaşdılar. Başqa bir aktyor dostu, xalq artisti atamın üzünə durub onu tutdurmaq istəyirdi. Atam ölən gününə qədər onu danışdırmadı. Hətta Şəfəqlə mən çalışdım ki, onları barışdıraq, yenə də atam razı olmadı” deyə aktyorun oğlu bildirib.