Gəncə xanlığı dövründə buraxılmış gümüş pulu 15 milyona satan kimdir? - FOTO
Azərbaycanda Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb.

Musavat.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Çəkisi 4,5 qram olan bu gümüş pulun Gəncə xanı Məhəmmədhəsən xanın dövründə buradakı zərbxanada hazırlandığı iddia edilib.

Sözügedən sikkənin 1764-cü ildə (hicri 1178) zərb edildiyi qeyd olunub.

Elan saytında təqdim edilən gümüş pul 15 milyon manata təklif olunur.

Bununla bağlı satıcı ilə əlaqə saxlamağa cəhd göstərilsə də, o, zənglərə cavab verməyib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində 1799-cu ildə (hicri 1213) Gəncədə zərb edilmiş gümüş 3 Abbası qorunur. Sikkə üzərində "Ya Əli Vəli Allah" sözləri, dairəvi çərçivənin içərisində "Gəncə zərbi, 1213", dairənin çölündə "Ya Məhəmməd" sözləri zərb edilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1700576639_1.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti