Rusiya 2016 Eurovision Mahnı Müsabiqəsində qalib gələn ukraynalı müğənnini axtarışa verib. Məlumatlarda deyilir ki, Daxili İşlər Nazirliyinin məlumat bazasında müğənni Susana Camaladinova cinayət qanununu pozduğuna görə axtarışda olanların siyahısına salınıb.
Müxalifət və insan haqları məsələlərini işıqlandıran müstəqil xəbər saytı Mediazona bildirib ki, Camaladinova ötən il qəbul edilmiş Rusiya ordusu və Ukraynada davam edən döyüşlər haqqında saxta məlumatların yayılmasını qadağan edən qanuna görə ittiham olunub.
Camala səhnə adı ilə çıxış edən Camaladinova Krım tatar əsillidir. O, Sovet İttifaqının Krım tatarlarının kütləvi surətdə deportasiyasına həsr edilən "1944" mahnısı ilə 2016 Avroviziya müsabiqəsinin qalibi olub.
Onun qalibiyyəti Rusiyanın Krımı ilhaq etməsindən təxminən iki il sonra Ukraynanı siyasi qarışıqlıq bürüdüyü vaxta təsadüf edib.
Ölkələrin əksəriyyəti ilhaqı qeyri-qanuni hesab edir.
Rusiya “1944” mahnısının müsabiqəyə buraxılmasına etiraz edərək, bunun Eurovision-da siyasi çıxışa qarşı qaydaları pozduğunu bildirib.
Amma mahnıda Rusiya və ya Sovet İttifaqına qarşı konkret tənqidi fikirlər səsləndirilməsə də, bu sözlər yer alıb “Yadlar evinizə gəlir, hamınızı öldürür və biz günahkar deyilik” deyir”. amerikaninsesi