Joker obrazını canlandıran aktyor məşhur binaya dırmaşıb - FOTO
Oskar mükafatlı aktyor 20 dəqiqəyə 86-cı mərtəbədən 104-cü mərtəbəyə qalxıb

"İntihar dəstəsi" filmində "Joker" obrazını canlandıran 51 yaşlı aktyor və müğənni Jared Leto yeni albomunun tanıtımı üçün Nyu-Yorkun görməli yerlərindən biri olan "Empire State Building"-ə dırmaşıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Oskar mükafatlı aktyor Jared Leto heç bir avadanlıqdan istifadə etmədən Berlində bir otelin divarına dırmaşaraq yeni çığır açıb.

51 yaşlı müğənni Nyu-Yorkun məşhur binasına qanuni olaraq qalxan ilk şəxs olduğunu açıqlayıb.

Binanın ən hündür nöqtəsinə çatan Letonun dırmaşma videosu sosial şəbəkədə yayımlanıb. Video sürətlə yayılıb və günün mövzusuna çevrildi.
Arzularından birini həyata keçirmək və albomlarını tanıtmaq üçün bu zirvəyə qalxdığını bildirən müğənni, "Düzünü desəm, əsəbdən çox həyəcanlı idim. Çox çətin idi. Düşündüyümdən də çox çətin idi. Yuxarıdan baxmaq və günəşin doğuşunu izləmək mənim üçün çox önəmli idi. Uşaqlığımdan bəri Nyu York arzularınızı həyata keçirmək üçün getdiyiniz yer deməkdi" - deyə bildirib.

Müğənni təxminən 20 dəqiqəyə 86-cı mərtəbədən 104-cü mərtəbəyə qalxıb.

Dünyanın ən böyük binalarından biri olan "Empire State Building" 380 metr uzunluğunda və antenalarla birlikdə 443 metrə çatır.

Dünyapress TV

Xəbər lenti