Əfsanəni Hind-Avropa dövlətləri yaradır...
Misirdən, Fələstindən qovulan yəhudilər öz milli faciələrindən din yaratdılar, sonra bu dini sənət əsərlərinə çevirdilər.
Milli faciələrini quru, ötəri tarixi xronologiya olmağa qoymadılar. Bu gün inkişaf etmiş dünya yəhudi etikasının, yəhudi estetikasının şinelindən çıxmış dünyadır.
Bu gün bəşəri adı qoyduğumuz dəyərlərin, az qala, hamısı yəhudilərin özlərindən əvvəlkilərdən alıb müsairləşdirdiyi dəyərlərdir. Bu gün bəşərilik demək, yəhudilik deməkdir.

Dünyadan sürəkli qovulan xalqlardan biri də ermənilərdir, amma bəşərilik adına çürük bir qoz da icad etməyiblər.
Səbəb?
Səbəb ermənilərin özlərini xristianların ərköyün gəlini kimi aparmalarıdır.
Yəhudilər qovulduqları yerlərdə də sevilmirdilər, sığındıqları millətlərdən də qaxmıra (qaxınc) yeyirdilər.
Yaşamaq, ayaqda qalmaq üçün onlara güc verən bir şeylər yaratmalıydılar. Milli təklənmə yəhudilərin yaradıcı fantaziyalarının yuxulamasına imkan vermirdi. Və bir tanrı yaratdılar, ancaq özlərinə məxsus olan, onun adından qayda-qanun yazdılar, yaşamaq uğrunda bir sistem qurdular.
(Bu sistemin sonralar bir xeyli plagiatını yaradanlar da oldu).

Ermənilərin isə buna ehtiyacı yoxdur. Ər evində pis gün gördüyündən şikayətlənən kimi bütün tayfası tökülüşüb gələn ərköyün gəlin kimi, ermənilərin də problemini həmişə digər xristian xalqlar üstləniblər. Ermənilərin yaratmağa, fantaziya işlətməyə ehtiyacı olmayıb. Ona görə də bəşər adına heç nələri yoxdur. Qoltuqda böyüyən bir yetim obrazına bürünüblər.

Yenə də eynisi baş verir: ermənilər Xankəndidən köçüb gedir, əfsanəni Hind-Avropa dövlətləri yaradır.

Aqşin YENİSEY - DİA.AZ

Dünyapress TV

Xəbər lenti