Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və hazırkı vəziyyətə görə özləri günahkardır. Bunu erməni jurnalist Lilit Kostanyan Feysbuk səhifəsində yazıb.
“Əsrlər boyu problem həll etməməyi o qədər sevdik ki, bu, fəlakətə çevrildi. Oturub ağlaya-ağlaya əsərlər yazdıq, qəmli mahnılar bəstələdik, inildədik, faciələrimizdən biznes qurduq, sonra bütün dünyanı günahlandırdıq ki, bizə kömək etmədilər. Amma heç vaxt etiraf etməmişik ki, dünya ilə düzgün “dostluq” qurmağı bilmirik, biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik və bu, davam edəcək. Amma heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik. Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?” - o bildirib.
Məsələyə münasibət Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a vurğulayıb ki, qədim tarixə inansaq, ermənilər hələ eramızdan əvvəl Spartak dövründən xəyanətkarlıq edirlər:
"Həmçinin Babəki də ermənilər satıb. Sadəcə olaraq iş orasındadır ki, insanlar müxtəlifdir. Yəni ermənilərin içində olan beyni işləyən adamlar var. Ümumiyyətlə onların beyinləri öz xeyirlərinə işləyir. Lakin nə deyirlər-desinlər mən çomağı yerə qoymazdım. Hər zaman tətikdə olmalıyıq. Ancaq öz səhvlərindən nəticə çıxaracaq ermənilər də var. Ola bilsin nəticə çıxarılacaq, amma öz xeyirlərinə. Yəni səhvlərini düzəldəcəklər, lakin məqsədləri "böyük Ermənistan"dır. Ona görə də mən çomağı əldən yerə qoymamağın tərəfdarıyam".