İsveçrənin ikinci ən böyük bankı olan Credit Suisse ilin üçüncü rübündə 400 milyon İsveçrə frankı zərər gözlədiyini və 4,034 milyard İsveçrə frankı zərər görəcəyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Credit Suisse 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini və restrukturizasiya strategiyasını açıqlayıb.
İllərdir müxtəlif qalmaqallardan sonra çətin vəziyyətə düşən bank bu ilin üçüncü rübündə gözlənilən 400 milyon İsveçrə frankı itkisinə qarşı 4,034 milyard İsveçrə frankı itirdiyini bildirib. Ötən ilin analoji dövründə bank 434 milyon İsveçrə frankı mənfəətini açıqlamışdı.
Credit Suisse bəyan edib ki, zərər onun strategiyasının nəzərdən keçirilməsi ilə bağlı təxirə salınmış vergi aktivlərində 3,7 milyard frank dəyərsizləşməni əks etdirir.
İnvestorların təzyiqi altında olan bank investisiya bankının fəaliyyətinə və gəlirlərinə mənfi təsir göstərən məhkəmə xərclərini aradan qaldırmaq üçün fəaliyyətində strateji dəyişiklik edəcəyini də bəyan edib.
Credit Suisse investisiya bankını köklü şəkildə yenidən quracaq, diqqəti daha çox varlılara yönəldəcək. O, həmçinin 2025-ci ilə qədər xərclərini 2,5 milyard İsveçrə frankı azaltmağı hədəfləyir.
Agentlik ilin sonuna qədər 2700 işçini ixtisar etməyi və ya işçi qüvvəsini 5 faiz ixtisar etməyi planlaşdırır.
Bank həmçinin 2025-ci ilin sonuna qədər işçi qüvvəsini təxminən 9 min nəfər azaldıb 43 min nəfərə qədər ixtisar edəcək. 2024-cü ilin sonuna qədər restrukturizasiyanın 2,9 milyard İsveçrə frankına başa gələcəyini hesablayır.
Credit Suisse, ixtisaslı investorlara yeni səhmlər buraxaraq və bonus emissiyası yolu ilə 4 milyard İsveçrə frankı yığacağını açıqlayıb.
Bir vaxtlar İsveçrənin “etibarlılığının” simvolu olan bankın reputasiyası çirkli pulların yuyulması qalmaqalı və bundan sonra baş verən cərimələr və qalmaqallarla ləkələnmişdi.