OPEC+ texniki komitəsinin oktyabrın 4-nə planlaşdırılan iclası ləğv edilib. Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib. Qərarın səbəbi açıqlanmayıb. Qeyd edək ki, OPEC alyans ölkələri nümayəndələrinin 2020-ci ilin martından bəri ilk dəfə oktyabrın 5-də təşkilatın Vyanadakı mənzil-qərargahında üzbəüz görüş keçirəcəyini bildirib. Əvvəlcə monitorinq komitəsinin iclası, daha sonra isə nazirlərin iclası nəzərdə tutulub. İddialara görə, OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirir.