ABŞ prezidenti Co Bayden neft şirkətlərinə xəbərdarlıq edib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, o, Floridaya yaxınlaşan və böyük dağıntılara səbəb ola biləcək qasırğadan benzinin qiymətini artırmaq üçün bəhanə kimi istifadə edilməməsini bildirib:
"Məni bir daha bu xəbərdarlığı etməyə məcbur qoymayın. Həmçinin bu qasırğadan benzinin qiymətini artırmaq üçün bəhanə etməyin. Qiymətlər nisbətən aşağıdır və daha da aşağı düşməyə davam etməlidir”.
Xatırladaq ki, ABŞ-da təsirli olacağı gözlənilən İan qasırğasından əvvəl 2,5 milyon insan üçün təxliyə əmri verilmişdi.
Amerika prezidenti həmçinin ictimaiyyəti xəbərdarlıqlara diqqət yetirməyə və təxliyə zonalarını boşaltmağa çağırıb.
Bayden aclığın dünyanın ən böyük problemlərindən biri olduğunu və Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq böhranına təkan verdiyini bildirib. 2030-cu ilə qədər aclığa son verməyi və qidalanma ilə əlaqəli xəstəlikləri azaltmağı hədəflədiklərini ifadə edən prezident, "Bu gün bu hədəflərə çatmaq üçün 100 fərqli təşkilatdan 8 milyard dollarlıq öhdəlik aldığımızı bildirmək istərdik" - deyib.