Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-iyul aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 951,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyulda 212,3 milyon dollar alınıb.
Mərkəzi Bank 2015-ci ilin devalvasiyalarında ABŞ dollarının kursunu 0,7844 manatdan 1,5594 manata yüksəldib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manatın sabitliyi valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu bu missiyaya 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar sərf edib.