“Temu” göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan “Temu” rəsmiləri arasında görüş keçirilib.

Görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan danışılıb.

Həmçinin İKTA və “Temu” arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.

Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.

Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.

Görüşdə həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.

“Temu” rəsmiləri eyni zamanda, İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib. Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
 

Bölmənin digər xəbərləri

26 Fevral 2025 Rusiyanın “Daşınmaz əmlak kralları” yenə azərbaycanlılar oldu - 2 milyard dollar qazanıblar
26 Fevral 2025 Ukraynanın Slovakiyaya göstərilən yardıma görə 3,5 milyard avro borcu var
26 Fevral 2025 “VTB Bank” 4 ildir dividend ödəmir – Səhmdarlardan biri də ARDNF-dir
25 Fevral 2025 Britaniya Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ
24 Fevral 2025 Ərzaq bazarında qiymət artımı – Rəsmi statistika da inkar etmir
24 Fevral 2025 Bazarı silkələyən siyasət - ARAŞDIRMA
24 Fevral 2025 Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
23 Fevral 2025 “Vabiss”, “İnşaat Konstruksiyaları”, “LABSTYLE” MMC və “Koray Kılıç Mekanik İnşaat”ın rəhbərləri vergidən belə yayınıblar
23 Fevral 2025 Türkiyə və Qazaxıstanda var, Azərbaycanda yox: Yeni qayda gözlənilir?
23 Fevral 2025  Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
22 Fevral 2025 Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
21 Fevral 2025 İqtisadçıdan həyacan təbili: Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
21 Fevral 2025 Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
20 Fevral 2025 Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa başlayıb
20 Fevral 2025 Portaldan gizlədilən icarə tenderinin qalibi - MƏLUM OLDU
20 Fevral 2025 Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları dayandıracaq
19 Fevral 2025 "Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
19 Fevral 2025 Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
19 Fevral 2025 Rusiya Fransanı Əlcəzairin taxıl bazarından demək olar ki, tamamilə sıxışdırıb
18 Fevral 2025 Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox....

Dünyapress TV

Xəbər lenti